Kimdir kafir, kimdir mömin?

Müəllif: tek umidim sen
Şərhlər: 14
Baxılıb: 1186
Paylaş:
Səs ver:
(səs: 6)
Deyirlər o kafirdir, bu kafirdir. O küfrdür, bu küfrdür. Kafirlər dünyanı alıb fəsad törədir. Kafirlər bizi incidir, yaşamağa qoymur. Bir az sərbəst düşünürsən, öz fikirlərini deyirsən, hamı cumur üstünə ki, kafirsən, küfr edirsən, otur yerində, palaza bürün elnən sürün…

İndi gəlin fikirləşək görək, bu kafir nə edib ki, kafir olub? Baxırıq tarixə. Görürük ki, keçmiş yunan, hellin və Roma mədəniyyətləri olub. Başqa tərəfdə də Çin. Onlar kim idilər? Kafir! Onlar nə etdilər? Bütün dünya mədəniyyətini və elmi yaratdılar, siyasi və iqtisadi modellər gətirdilər. Hər şey o keçmiş çağların nailiyyəti üzərində quruldu: fəlsəfə, elm, siyasət, iqtisadiyyət, demokratiya, insan haqları, azadlıqlar. Bütün gələcək nailiyyətlər, irəlləyişlər elə o çağların təkanı ilə baş verdi.

Sonra baxırsan indiki dünyaya. Yenə də həmən mənzərə: bütün yuxarıda olan özəlliklərin hamısı kimdədir? Yenə də kafir adlandırılanlarda. Hamı onlara baxır, onlar dünya axarını təyin edir. Bütün azadlıqlar, demokratiyalar, insan haqları onlarda. Elm, mədəniyyət də onlarda.

Deyirlər, orta çağlarda bir az möminlər inkişaf etdilər. Ancaq diqqətlə baxanda elə möminlərin də bütün nailiyyətlərinin kökü elə yunan-roma-çin kafirlərindən alınma imiş. O da bir az çəkdi, tez də çökdü. Ancaq "küfr” adlandırdıqları şeylər öndə gedib, heç zaman da çökməyib. Uğurlar da göz qabağında.

Tanrı üçün kim kafirdir, kim mömin? «Möminəm» deyə döşünə vuran Tanrı qarşısında kafir görsənə bilər.

İndi möminlər deyirlər ki, o dünyada kafirlər cəhənnəmdə olacaq. Buna nə demək olar? Belə çıxır ki, ən işgüzar, irəliləyən, mədəniyyəti, elmi, mənəvi həyatı təyin edənlər gedəcək cəhənnəmə, süst olanlar, dünyaya heç nə verməyənlərsə gedəcək cənnətə? Bu məgər ədalətdirmi? Məntiqə görə, uğurlu və irəliləyənlər yuxarıya qalxırlar, geridə qalmışlar yox. Bunu biz dünyamızda da görürük. Necə olur ki, ədalətli Tanrı irəliləyən, aktiv adamları cəhənnəmə salsın, süst olan, dünyaya heç nə verməyənləri isə cənnətə? Bumu ədalət?

Buna görə də şübhə yox ki, Tanrı kafirləri cəhənnəmə salacaq, möminləri isə cənnətə. Ancaq Tanrı üçün kim kafirdir, kim mömin? Bunu yalnız O bilir. Ona görə kimisə kafir adlandırsalar, bu insanlara fikir verməyin, işinizdə olun, yaradın, irəliləyin. İnsanların kafir bildiyi kəs Tanrı qarşısında mömin ola bilər. Və əksinə, burada "möminəm” deyə döşünə vuran Tanrı qarşısında kafir görsənə bilər.

Hər halda, məntiq belədir ki, dünyagörüşü geniş, qeyri-standart düşünən, irəliyə baxan insan hər bir süst, ehkamlar içində olanlardan daha çox uğurlar əldə edir. Belədirsə, onda elə bu kimilər Tanrı qarşısında da uğurludurlar. Çünki Tanrı onların uğurlarını istəməsəydi, onu onlara verməzdi. Verirsə, deməli bəyənir.

loading...
(səs: 6)
Şərhlər: 14
Baxılıb: 1186
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
xeyalperest
Bu cox derin movzudur bu yazini cox guman bu xeberi paylaşan xanim yazmiyib.bunu yazan insanlarin duşuncesini qarişdirmaqdi meqsediki onada nail oldular.Allah elm oyrenilmesine qarşi cixmir o elmli dediyiniz insanlarin bezileri ele gunah edirlerki tepelerne deysin elmleri.Allaha inaniram demeknendiki onu gerek emelde gorsedek.Oki qaldi muselmanlarin savadsozdigna.Duzdu elmli savadli momin baci qardaşdarimizda var ama heqiqeten cahil muselmanlar daha coxdu.bunun sebebi din,muselmanciliq,deyil!bunun sebebi valideynin savadsiz olmasidiki oda onu nesden nesle oturur.yeni muselman bir valideyn ovladini tehsile dine maraqla boyutse canni qurtarmaqcun tv,komp qarşisina qoymasa,uşaqnan sohbetler dini sohbetder etse onda ferqli ola biler.demirem her kes elmle meşgul olsun ama melumati olacaq gelecek her hansisa bir senete yonelecek.(komp dedim yadima proqramcilar butun gunu kompla işdeyenner duşdu yeni o başqa bişeydi.yeni oda bir senetdi)

Çünki Tanrı onların uğurlarını istəməsəydi, onu onlara verməzdi. Verirsə, deməli bəyənir. <=== bu fikirnende hec razi deyilem!Cunki yeni ne cox cinayet toreden insanlar,vehşilikler edenler olarinda mali dovleti var demli Allah olari beyendiynemi gore verib.ya butun gunu exlaqsizliqla mesgulanlarin savadi var,pulu var,oz "senet "derinde ugur qazanirlar.Allah olari beyendiyindenmi verib???.Yox sadece Allah olarin gozunu bu dunyayla boyamaqcun verib.muselmanada verilerde hormet pul, belkede onu sinamaqcun verib.Yeni Allahin işini bilmek olmaz .
12 aprel 2015 07:08
14
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Offline
EsmaNur
heqiqeten Allah bilir biz neceyik
12 aprel 2015 02:41
13
Offline
gulka azeri
bu yazilanlarla hec razi deyilem Quranda kafir insan Allaha werik qowandi Allaha axrete Onun pegemberlerine kitablarina inanmayandi.mominse eksine Allaha inanan ibadet eden,axirete Allahin peygemberlerine kitablara inanandi.cinli elmli medeniyetlidi deye ALlah qarwiisnda momin kimi ola bilmez,cunki o momin deyil,adice it eti yemeyile Allaha qarwi oldugu melumdu,baxmayaraq kimi savadlidi.ama besiret gozu baglidi.bunu yalniz O bilir cumlesinde ise O sozunu kicik herifle yazmaginiz da beyenilmeyen haldi,cunki O Allahdi,bele 1yazi gozlemirdim

Sitat: Luna-90
Bele seyler oxuyunda insan heyatdan bezir bu sehvdi .bu gunahdi .o kafirlikdi .o yalnisdi .bilmirsen neyi nece edib duz yasayasan.demeli hami cehenneme dusecek ekser insan nazam qilmir oruc tutmur(biri men).yalan yeri gelende danisir.qeybet etmiyen yoxdu .soyus soymuyen yoxdu demeli hami cehennemlikdi.?..bizim din insani biraz yorur ve heyatdan bezdirir.

xanim mence size yeqin bizim dinimiz gozel anlatmayiblar,,

Sitat: Menim balam
Mömin olmaq çox çetindir. Mömin insan yerişinen tutmuş düz yemeyine kimi fikir vermelidir. Vallah indiki dünyada nefes almaq da günahdır

estafullah ele demeyin nefes almaq gunah deyil eksine Allahin en boyuk nemetidi bizlere,nefes almasaq olerik ele nefes vermesekde,
12 aprel 2015 01:59
12
Offline
emis
Hər halda, məntiq belədir ki, dünyagörüşü geniş, qeyri-standart düşünən, irəliyə baxan insan hər bir süst, ehkamlar içində olanlardan daha çox uğurlar əldə edir. Belədirsə, onda elə bu kimilər Tanrı qarşısında da uğurludurlar. Çünki Tanrı onların uğurlarını istəməsəydi, onu onlara verməzdi. Verirsə, deməli bəyənir.
10 aprel 2015 13:26
11
Offline
ece uslu
Tanrı üçün kim kafirdir, kim mömin? «Möminəm» deyə döşünə vuran Tanrı qarşısında kafir görsənə bilər.

həqiqətən də belədı
9 aprel 2015 22:00
10
Offline
vipbetul
kafir momin haqqinda biz qerar vere bilmerik sadege olaraq emellere gore bezi insanlara bu cur adlar verilir,bezen ele ola bilerki kafir gorunen insan son bir anda tovbe ederek momin yadaki tam ekside ola biler insan olmuyene qedere onun kimi ola bilegeyini bilmek olmaz
9 aprel 2015 21:05
9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
leyla_258
Tanrı üçün kim kafirdir, kim mömin? «Möminəm» deyə döşünə vuran Tanrı qarşısında kafir görsənə bilər.
duzdur.
9 aprel 2015 21:02
8
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Offline
aliceWOnDer
maraqli melumatdi sag olun
9 aprel 2015 18:29
7
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Offline
Luna-90
Bele seyler oxuyunda insan heyatdan bezir bu sehvdi .bu gunahdi .o kafirlikdi .o yalnisdi .bilmirsen neyi nece edib duz yasayasan.demeli hami cehenneme dusecek ekser insan nazam qilmir oruc tutmur(biri men).yalan yeri gelende danisir.qeybet etmiyen yoxdu .soyus soymuyen yoxdu demeli hami cehennemlikdi.?..bizim din insani biraz yorur ve heyatdan bezdirir.
9 aprel 2015 15:47
6
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Offline
Menim balam
Mömin olmaq çox çetindir. Mömin insan yerişinen tutmuş düz yemeyine kimi fikir vermelidir. Vallah indiki dünyada nefes almaq da günahdır
9 aprel 2015 14:58
5
Offline
Wappuw
kim kafirdir, kim mömin? Möminəm deyə döşünə vuran Tanrı qarşısında kafir görsənə bilər,cunki o qeder momin deyip ozune saman altdan su yeridenler var
9 aprel 2015 14:46
4
Ne baxirsan menim kimi mende baxdim senin kimi senede baxarlar menim kimi
Offline
Meleknur
bu xeberin dinle adiyyati yoxdu burda yazilanlar tamamile bawqadir burda yazilanlar kafirle mömini anladmir bunlar bawqa bir weydi burda yazilanlarinda mominle kafire hec adiyyati yoxdure
9 aprel 2015 14:42
3
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
Offline
BARBI
Subhesizki kafirler cehenneme mominlerde cennete gedecek. Ama bezense kafir insanda olsa ele bir yaxsiliq ederki onun butun gunahlari siliner bezense momin bir sexs ele bir gunah isleyer ki bu gune kimi gorduyu butun savab ememller siliner.
9 aprel 2015 11:46
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Fialka
Kimin kafir, kimin mömin olduğunu yalnız uca yaradan bilir çünki bəndəni aldatmaq asandı eləcə də yalanı danışan özünüdə aldatmış olur ancaq rəbimm insana onun şah damarından da yaxındır və ürəklərdə nə varsa hamısından xəbərdardır. Mömin bəndə bilir ki, həqiqətən mömin və əməli saleh bəndədi bunu uca yaradanda görür kənardan isə kim hansı fikirdədi elədə vacib deyil əsas olan odur ki, ürəyin Allah eşqi ilə döyünür.
9 aprel 2015 11:08
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv