Dinsiz düşüncədə ziddiyyətlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 1 709
Səs ver:
(səs: 1)
Ateist bir adam bir heykəlin öz özünə yaranmasını qətiyyən inkar edər, amma canlı insanın öz özünə təsadüflər nəticəsində yarandigini iddia edər…
Kağiz üstünde çəkilmiş çiçəkləri bir rəsssamın çəkdiyini deyər, amma yer üzündəki Rahmani məktublar olan canlı çiçəkləri təsadüfə həvalə edər...
Təyyarənin ustasi oldugunu iddia edər... Nemət süfrəsi və beşiyimiz olan, kainatda mükəmməl və intizamli bir təyyarə kimi dövr edən Dünyamızın təsadüfle yarandığını izah edər....

Bir elektirik lampasınının yüzlərlə təcrübələrdən sonra kəşf edildiyini iddia və isbat edər, Günəşin və milyardlarla ulduzların təsadüfən yarandigini deyər...
Bir aptekə girib ordaki dərmanlari ixtira edən bir həkimin oldugunu bilir və deyər...
O dərmanlardan milyonlarla dəfə üstün və mürəkkəb quruluşa malik olan canlıların təsadüfən yarandığını deyər...
Bir ordu görsə ki, hər tağımında ayrı-ayrı formalı, ayrı-ayrı silahli əsgərlər, hərəkətləri ayrı, yeməkləri ayrı, amma hamsını bir biri ilə əlaqəli və nizam-intizamli hərəkətlər edirlər...Bilər ki bu ordunun mükəmməl bir komandiri var və bu əmrlər tək o komandirdən gəlir...Və bu nizam intizam üçün həddindən çox təlimlər keçirilib....
Amma bir milyondan çox heyvanların və bitkilərin - hansi ki rəngləri ayrı, geyimləri ayrı, qidaları ayrı, məhsulları ayrı, çiçəkləri ayrı, meyvələri ayrı və bir bahar fəslində bir birinə mane olmadan, ağılları heyrətə salacaq qədər mükəmməl, nizam-intizamli və çox qiymətli olduğu halda mükəmməl bir sürətlə inkişafini təsadüfə həvalə edər... (Çox sənətli və mükəmməl, həm də həddindən artıq çox olduğu halda qısa bir zamanda, ağlı və şüuru olmayan bitkilərin baharın ilk günlərindəki inkişafinda düşünən insanlar üçün ibrətlər vardır)
...
...
Və sair və İlaxır...
Həqiqətən də bu dünyada və kainatda ən heyrət verici axmaqlıq, mənasızlıq və ziddiyyət İnkardadır... Özünü ən ağilli hesab etdikləri halda ən ağılsız olanlar da "Elm” adı altında Allahı inkar edənlərdir...

Allah(c.c) bütün qusurlardan, acizlikdən sonsuz dəfə münəzzəhdir, pakdir və müqəddəsdir…
Ona əbədlərə qədər keçən hər bir anda kainatdakı zərrələr ədədincə Həmdu-Səna olsun…
Və bir o qədər salat və salam Aləmlərə Rəhmət olaraq göndərilən Hz.Muhamməd Peyğəmbərin(s.a.s), Onun(s.a.s) Al və Ashabının və Əhli-Beytinin üzərinə olsun…
Amin...
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 1 709
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri