Çox şükür hər şey var, şükür yoxdur!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 5 676
Səs ver:
(səs: 4)
Mən ki, səni tanımadım. Dərk etmədi ağlım,əzəmətini.İllərdir verdiyin nemətlərə bir dəfə olsun şükür etmədim, ey rəhimlilərin ən rəhimlisi.Sən varlıq aləminin nurusan. Gözə baxış verən sirr Səndəndir, könüllərə nəşə verən sevinc Səndəndir, hər parlayan işıq da Səndəndir. Səninlə nurlanır qəlbim, Səninlə aydınlanır ağlım, nurunu yağdır mənə!
Qəlbim Sənin əlindədir, üsyanda da, itaətdə də tək sahibim Sənsən! Sözüm Sənin verdiklərindəndir, susduğumda da, danışdığımda da tək sahibim Sənsən! Ruhum Sənin əmrindədir, həyatımda da, ölümümdə də tək sahibim Sənsən. Yoxluğumda da, varlığımda da tək Sahibim Sənsən.
Sən elə bir varlıqsan ki,iki daşın arasında olan qarışqanı belə unutmadın.
Biz günah etdik Sən isə yenə "Həyyə ələs səlah” deyib bizi ibadətə dəvət edin...
Qorxuram, ey günahkarlara rəhm edən mərhəmtli Allah, Sənin məni görə-görə etdiyim günahlardan.Sən verdiyin ruzi-nemətlə böyüyüb Sənə üsyan etməkdən .Tanımadım səni,bir dəfə əlimi göyə qaldırıb "əlhəmdulillah” demədim, ey Allahım!Amma Sən kəsmədin nemətini...
Heç utanmadım Səndən halbuki 5 yaşında olan uşaqın yanında günah etməkdən çəkinərdim...Amma Sənin məni gördüyünü bilə-bilə hər günaha getdim.
Naşükürlük etdim verdiyin nemətlərə, ey zülmkarlara mülayim olan Allah!
Verdiyin bu gözə bir dəfə şükür etmədim,naməhrəm qoymadım baxmadıqım!
Verdiyin bu ayaqlara şükür etmədim,gəzmədiyim haram məclislər qalmadı!
Verdiyin bu qulaqlara şükür etmədim,eşitmədiyim qeybətlər qalmadı!
Verdiyin bu dilə şükür etmədim,aldatmadıqım adam,danışmadıqım yalan qalmadı!
Necədə günahkar bəndənəm, ey uca Allah. Səndən Sənin rəhmətini və məğfirətinin böyüklüyünü diləyirəm...
Sən mərhəmətlisən,Sən rəhimlisən çünki Sən Allahsan.Mənim günahım böyükdür amma günahımdanda böyük Sənin rəhmətindir.Ümidsizlik qapılanda qəlbimə bu günahlar qarşısında, bir cümlən məni ümid ümmanına qərq etdi ey Rəhm edənlərin ən Rəhimlisi!
(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: "Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!Zumər surəsi,ayə 53
Səni and verirem bütün adların en yaxşısı olan Bismillaha, yerlerin ve göylerin Rebbi olan Bütün mübarək adlarının xatirine... Məni və bütün günahkar bəndələrini bağışla ..
(səs: 4)
Şərhlər: 6
Baxılıb: 5 676
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri