Fəxr etmək

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 822
Səs ver:
(səs: 4)
İslamda ən pis əxlaqi xüsusiyyətlərdən biri kimi günah hesab olunan, ilahi əzaba səbəb olan xüsusiyyətlərdən biri də, digərləri qarşısında iftixar hissi (fəxr etmək) duymaqdır. Bunun çıxış yolu, yalnız tövbə edərək təvazökarlıq yolunu seçməkdir.
Toydan öncə bir-birlərini görüb bəyənmiş, ailələri haqqında geniş mə᾽lumat əldə edərək bu qohumluğu qəbul etmiş ər və arvad indi birgə həyat sürdükləri halda, bə᾽zi imtiyazları nümayiş etdirməkdən, bə᾽zi çatışmazlıqları üzə vurmaqdan, bir sözlə, bir-birlərinə qarşı iftixar hissi duymaqdan qəti şəkildə çəkinməlidirlər. Əgər ailədə belə hərəkətlər baş verərsə, bu yersiz dava-dalaşa, kin bəsləməyə və nəticədə, ayrılığa gətirib çıxarar. Belə olan halda, bütün bu baş verənlərin ağır yükü, öz iftixarı ilə bütün bunlara səbəb olan şəxsin üzərinə düşəcək.
Əli (ə) buyurur: «Digərlərinə qarşı iftixar hissi duymaqdan böyük axmaqlıq yoxdur»; (Mizanül-hikmə, 7-ci cild, səh-414.) «İftixar hissini kənara qoy, qürurdan uzaq ol və qəbiri düşün». (Həmən mənbə.)
Fəxr etmək olduqca çirkin xüsusiyyətlərdəndir. Belə ki, imam Səccad (ə) «Səhifeyi-Səccadiyyə»nin 19-cu duasında Haqq dərgahına üz tutaraq buyurur: «(Pərvərdigara!) Məni digərlərinə qarşı fəxr etməkdən qoru».
Əli (ə) buyurur: «Adəm övladının fəxr etməyə nə əsası var?! Onun əvvəli nütfə, sonu isə iyli bir leşdir. Onun ruzisi digərlərinin əlindədir. Ölümdən qaçmağa gücü yoxdur». (Bihar, 73-cü cild, səh-294.)
Qur᾽an bir çox ayələrdə bu məsələyə toxunaraq, Allah-təalanın qürurlu və fəxr edən şəxsləri sevmədiyini buyurur:
«Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz» («Loğman» surəsi, ayə 18.) .
Hər halda qadın və kişi ailələrinə, var-dövlətlərinə, biliklərinə görə bir-birləri qarşısında lovğalanaraq, iftixar etməkdən çəkinməlidirlər. Çünki bütün bunların hamısı bir gün öz dəyərini itirəcək. Bu şeytani xüsusiyyət yersiz dava-dalaşa, eşqin sönməsinə və Allah-təalanın gözündən düşməyə səbəb olur.
(səs: 4)
Şərhlər: 3
Baxılıb: 2 822
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri