Ləyaqətli qadının digər gözəl və təqdirəlayiq sifətlərindən biri budur
ki, öz ərini bütün dünyaya belə dəyişməsin. Bu məsələ bir neçə surətdə
isbata yetir:
Birinci: Qohum-əqrəba və ya tanışlardan bə`zisinin
qadınının ərinə qarşı onun ardınca xoşagəlməz sözlər danışarsa qadın tam
cəsarət, cür`ət və ədəblə öz ərinin tərəfini saxlamalıdır.
İkinci:
Ailənin maddi vəziyyəti istər aşağı, istərsə də yuxarı həddə olduqda,
başqa sözlə desək, ailənin pullu və pulsuz olması qadının rəftar və
münasibətində dəyişiklik yaratmamalıdır. Əksinə, kasıbçılıq zamanı və
maddi çətinliklərlə qarşılaşarkən ərinə qarşı daha artıq məhəbbət və
mehribanlıq göstərməlidir. Əsla səbirsizlik edib öz qüdrət və dözümünü
əldən verməməlidir.
Üçüncü: Süstlük, zəiflik, yaxud kiçik bir
səhv müşahidə etdikdə, heç vaxt onu özgəsinə açıb söyləməməli, evin
çatışmamazlıqlarını başqalarına bildirməməlidir.