Qurani Kərimdə təriflənən TƏQVA nədir?

Müəllif: Catwoman666
Şərhlər: 6
Baxılıb: 629
Paylaş:
Səs ver:
(səs: 3)
Təqva ərəb dilində "çəkinmək, uzaq durmaq” mənasını verən "vəqayə” kökündəndir. Lüğət alimləri yazırlar ki, vəqayə – bir şeyi, onun üçün zərərli olan təhlükədən qorumaq deməkdir.

Nəhayət, təqvanın üçüncü və ən üstün dərəcəsi budur ki, insan, onu Allahdan yayındıran hər şeyə arxa çevirsin, bütün diqqətini Allaha yönəltsin. Qurani-kərimdə müsəlmanlara məhz təqvanın bu dərəcəsinə yetişmək tövsiyə edilir: "Ey iman gətirənlər! Allaha münasibətdə layiqincə təqvalı olun!” (Ali-Imran, 102).

Təqva sahibləri ayə və hədislərdə "müttəqi” adı ilə tanıtdırılır. Həzrət Əli (ə) müttəqiləri belə xarakterizə edirdi: "Müttəqilə¬rin əməlləri pak, gözləri ağlar, qəlbləri Allahdan qorxandır”.

Qurani-kərimin Bəqərə surəsinin ilk ayələrində təqva sahiblərinin xüsusiyyətləri aşağıdakı şəkildə bəyan edilir: "Bu, (haqdan gəlməsinə) heç bir şəkk-şübhə yeri olmayan, təqvalılara doğru yol göstərən kitabdır. O kəslər ki, qeybə inanır, namaz qılır və onlara verdiyimiz ruzidən (ehtiyaclılara) paylayırlar. O kəslər ki, sənə endirilənə (Qurana) və səndən əvvəl endirilənlərə (digər səmavi kitablara) iman gətirir və axirətə də şəksiz inanırlar. Məhz onlar öz Rəbbləri tərəfindən (göstərilmiş) doğru yoldadırlar. Nicat tapanlar la onlardır” (Bəqərə, 2-5).

Bir gün Həmmam adlı mömin bir şəxs Həzrət Əli ibn Əbu Talibdən (ə) xahiş etdi ki, təqvalıların xüsusiyyətlərini sanki  görürmüş kimi onun üçün təsvir etsin. Əli (ə) əvvəlcə qısa izahat verməyi kafi bilib belə söylədi: "Ey Həmmam, Allaha münasibətlə təqvalı ol və yaxşı əməllər et: "Həqiqətən, Allah təqvalılarla və yaxşı iş görənlərlədir” (Nəhl, 128)”. Lakin Həmmam bu qısa nəsihətə qane olmayıb  Imam Əlini (ə) and verdi ki, təqvalıları daha artıq vəsf etsin. Bu zaman Həzrət Əli (ə) "Nəhcül-bəlağə” xütbələri sırasında 184-cü yerdə duran məşhur xütbəni söylədi: "Allah onlarda təcəlla edəndə Allahdan savayı hər şey onların gözündə xırdalaşar. Cənnətə elə münasibət bəsləyirlər ki, sanki onu görür və içindəki nemətləri dadırlar. Cəhənnəmə münasibətləri də elədir ki, elə bil alovu görür və içində əzab çəkirlər. Onların qəlbi hüznlüdür, xalqa pislik etməzlər. Onların bədəni arıqlayıb incəlmişdir, özləri də iffətlidirlər. Bir neçə günlük dünyada səbir edərlər, əvəzində Rəbbin onlardan ötrü hazırladığı əbədi rahatlığı umarlar. Dünya onları özünə tabe etmək istəyər, onlar dünyadan qaçarlar. Dünya onları əsir etmək istəyər, onlar əsarətdən xilas olarlar...

Etdikləri yaxşı əməllərin azlığına qane olmaz, qazandıqları savabın çoxluğu ilə fəxr etməzlər. Həmişə özlərini ittiham edər və günahlarından qorxarlar. Birisi onları tərifləyəndə narahat olub deyərlər: "Mən özümü özgədən daha yaxşı tanıyıram. Allah isə məni özümdən daha yaxşı tanıyır. Ilahi, onların sözlərinə görə məni danlama, məni onların güman etdiklərindən də uca məqama yüksəlt! Camaata məlum  olmayan günahlarımı bağışla!”. Təqvalı şəxsin adamlardan uzaqlaşmasının səbəbi zöhd, yaxınlaşmasının səbəbi mehribanlıq və mərhəmət olar. Insanlardan təkəbbür üzündən kənar qaçmaz, adamlara hiylə və kələk məqsədilə yaxın gəlməz”.

Imamın sözləri  bu yerə çatanda Həmmam ucadan bir ah çəkib canını tapşırdı. Əli (ə) təqvanın şərtlərinin nə qədər ağır olduğunu dərk etmiş və buna layiq olmadığından dəhşətə gəlib ürəyi partlamış Həmmamın cansız bədəninə işarə edərək buyurdu: "Allaha and olsun, mən bunu bildiyim üçün danışmaq istəmirdim. Təsirli nəsihət, onu dərk edən dinləyiciyə bu cür təsir göstərər”.

loading...
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 629
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
efsane..
Allah bizleri teqvali etsin
14 dekabr 2015 21:12
6
Offline
vipbetul
Allah her birimize komek olsun teqvali olmaqi bize qismet etsun insallah
27 noyabr 2015 16:54
5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Dosta_inam
Allah hər birimizə təqvalı olmağı nəsib etsi, Amin inşaAllah, Allah razı olsun.
26 noyabr 2015 14:39
4
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Offline
Vuska87
Cox tewekkur edirem.bele yazirlar cox paylawin.oxuyaq imanimiz artsin
26 noyabr 2015 14:03
3
Offline
Fialka
Allah hər kəsə hər bir müsəlmana təqvalı olmağı nəsib etsin inşAllah, qeyd olunan rəvayət isə olduqca ibrətamiz və maarifləndirici idi Allah razı olsun.
26 noyabr 2015 14:01
2
Offline
yarpaq33
Bu barede oxumuwdum bir daha oxuyub yadima saldim paylawdiginizcun tewekkurler
26 noyabr 2015 11:56
1
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv