O, bir qövmün, bir xalqın deyil, hər kəsin rəhbəridir

Müəllif: emis
Şərhlər: 8
Baxılıb: 432
Paylaş:
Səs ver:
(səs: 1)
"(Ey Muhamməd) De ki: "Ey insanlar! Şübhəsiz, Mən Allahın sizin hamınıza göndərdiyi peyğəmbərəm.

(O Allah ki) göylərin və yerin hökmü Onundur, Ondan başqa heç bir tanrı yoxdur. O dirildir və öldürür. Buna görə də Allaha, eləcə də Onun, Allaha və Allahın sözlərinə inanan və ümmi peyğəmbər olan Rəsuluna iman gətirin və ona tabe olun ki, doğru yolu tapa biləsiniz!" (əl-Əraf, 7/158).

Məalını verdiyimiz bu ayə həzrət Muhammədin (s.ə.s.), sadəcə, ərəblərə yox, bütün insanlara peyğəmbər olaraq göndərildiyinin mütləq dəlilidir. Bunu "Səbə" surəsinin 28-ci ayəsində də "Biz səni bütün insanlara müjdə verən, qorxudan bir peyğəmbər olaraq göndərdik. Lakin insanların əksəriyyəti bilməz!" deyə qeyd edilərək, həzrət Peyğəmbərin dəvətinin və peyğəmbərliyinin ümumbəşəriliyi vurğulanmışdır. Bu ayələr eyni zamanda "Muhamməd, həqiqətən, peyğəmbərdir, lakin, sadəcə, ərəblərin peyğəmbəridir, yəhudilərə göndərilməmişdir" deyən yəhudilərin bu iddialarını da rədd edərək onlara cavab vermişdir. Bu baxımdan Quranda əhli-kitab olaraq ifadə edilən xristian və yəhudilər də daxil olmaqla bütün insanlar həzrət Muhammədin peyğəmbərliyinə iman edib, hidayətə çata bilmələri üçün həzrət Muhammədə tabe olmağa dəvət edilmiş və edilməkdədirlər.

Məalını verdiyimiz ayədə eyni zamanda göylərin və yerin mülkünün Allaha aid olduğu, öldürən və dirildənin, sadəcə, Allah olduğu bir daha ifadə edilərək, Onun qüdrətinə və mütləq hökmranlığına vurğu edilmişdir. Beləliklə də, İslam dininin tövhid inancı və şirk qoşmaqdan uzaq olmaq mövzusunda göstərdiyi həssasiyyət ortaya qoyulmuşdur. Çünki ilk insan və ilk peyğəmbər həzrət Adəmlə başlayıb, son peyğəmbər həzrət Muhammədlə sona çatan haqq dinin inanc əsasları, ibadətin kim üçün ediləcəyi və təməl əxlaq prinsipləri məsələlərində bir dəyişiklik olmamışdır. Lakin zaman və məkanın, ictimai şərtlərin dəyişməsinə və inkişafına görə bəzi hökmlərdə dəyişikliklər olmuşdur. Fikirlər inkişaf etdikcə, mədəniyyət irəlilədikcə Allah (c.c.) göndərdiyi peyğəmbərləri ilə ortaya qoydugu dinlərini də kamilləşdirmişdir. Bu təkamül prosesi səhifələr halında başlayan ilahi kitablar, Tövrat və İncildən sonra qiyamətə qədər hökmləri davam edəcək sonsuz möcüzə Qurani-Kərimlə sona çatmışdır.

Peyğəmbərimiz həzrət Muhamməd (s.ə.s.) bütün insanlar üçün göndərildiyi kimi, kitabımız Qurani-Kərimi digər kitablardan fərqləndirən ən əsas xüsusiyyəti onun müəyyən bir qrupa yox, bütün bəşəriyyətə göndərilmiş olması və ən son ilahi dəvət olmasıdır. Çünki kitabımız Quran, digər kitabların əhatə etdiyi təməl əsasları yenidən ortaya qoymuş, daha əvvəlki kitablarda qeyd edilmiş həqiqətləri təsdiq etmiş, təhrif edilən yerləri də düzəltmişdir. Bütün bəşəriyyətə xitab edən və ümumbəşəri dəvət gətirən tövhid dini olan İslam, mütləq iradə sahibi Allah-Təala tərəfındən ən mükəmməl səviyyəyə çatdırılmışdır:

"Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim" (əl-Maidə 5/3). "Allah yanında (haqq olan) din, əlbəttə, İslamdır. (Ali-İmran, 3/19); "Kim İslamdan başqa bir din ardınca gedərsə, (belə bir din) heç vaxt ondan qəbul olunmaz və o, axirətdə zərər çəkənlərdən olar!" (Ali-İmran, 3/85).

Bu ayələrə görə, biz müsəlman olaraq, bütün peyğəmbərlərə və göndərilən kitabların hamısına göndərildiyi şəkli ilə inanırıq. Qurani-Kərimin son ilahi kitab olduğunu, ondan sonra başqa bir ilahi kitabın gəlməyəcəyini, onun hökmlərinin qiyamətə qədər etibarlı qalacağını, onun dini mənada hər əsrin ehtiyaclarını təmin edəcək həqiqət və hikmətlərə sahib olduğunu qəbul edirik.

loading...
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 432
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
efsane..
her birimizi Yaradan Allah hokmlerinide her birimize aid edir insanlar haqqi anlamalidilar
13 dekabr 2015 15:34
8
Offline
vipbetul
gozel movzudu bunlari bilmeye ehtiyagimiz var
27 noyabr 2015 20:37
7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
kiraz mevsimci kiz
ALLAHIM sene min sukrler olsun
27 noyabr 2015 18:21
6
kas tez gelsen qaqasim
Offline
Dosta_inam
Allah razı olsun, bəli müqəddəs kitabımızı oxuyub hər bir sətrinə əməl etmək bizlərin borcudur.
27 noyabr 2015 13:43
5
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Offline
Happy
Allah razı olsun
27 noyabr 2015 12:16
4
Offline
yarpaq33
Qurani oxuyub bawa duwmekden savayi orda yazilanlara emel etmek her bir muselmanin borcudur
27 noyabr 2015 12:05
3
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Offline
naz_vefa
Qurani kerimi oxuyub onun gozel ayelerini bawa duwen insan heyatda sef etmez

Qurani kerimi oxuyub onun gozel ayelerini bawa duwen insan heyatda sef etmez
27 noyabr 2015 11:10
2
Bədən çox yükü daşıya bilər, amma ürək hər sözü daşıya bilməz...
Online
BARBI
Qurani Kerim muqeddes kitabimizdir. Onum gozelliklerini oxuyub derk etmek her kese nesib olmaz
27 noyabr 2015 11:03
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv