Quranın azəricə tərcüməsi - Əl ələq surəsi

Müəllif: my_angel
Şərhlər: 2
Baxılıb: 2 558
Səs ver:
(səs: 1)
"Laxtalanmış qan (əl ələq)" surəsi, 19 ayə,
Məkkədə nazil olub.
Mərhəmətli və Rəhmli Allahın adı ilə!

1. Yaradan Rəbbinin adı ilə oxu!

2. O, insanı qan laxtasından yaratdı.

3. Oxu! Sənin Rəbbin müqayisəsiz səxavətə malikdir.

4. O, qələmlə yazmağı öyrətdi.

5. İnsana bilmədiklərini öyrətdi.

6. Xeyr! İnsan, doğrudan da, həddini aşır,

7. özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə.

8. Axı son dönüşün Rəbbinədir!

9. Gördünmü o kəsi ki, mane olur

10. bir bəndəyə namaz qıldığı zaman?

11. Söylə görək, əgər o bəndə doğru yoldadırsa,

12. yaxud Allahdan qorxmağı əmr edirsə, onda necə olsun?

13. Söylə görək, əgər o kafir haqqı yalan sayıb üz döndəribsə, onda necə olsun?

14. Məgər o bilmir ki, Allah görür?

15. Xeyr! Əgər son qoymasa, Biz onun kəkilindən tutacağıq –

16. yalançı, günahkar kəkilindən.

17. Qoy öz yığnağını çağırsın.

18. Biz də əzab mələklərini çağıracağıq.

19. Xeyr, sən ona qulaq asma! Səcdə qıl və Allaha yaxınlaş!
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 558
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri