Adəmin övladları kiminlə evləndi?

Müəllif: Narın Yağış
Şərhlər: 6
Baxılıb: 3 016
Səs ver:
(səs: 0)
Sual: 23. Adəmİn övladları kİmİnlə evləndİ?
Cavab: İslam alimləri arasında bu məsələ ilə bağlı iki baxış mövcuddur. Hər iki tərəf öz baxışına uyğun dəlillər gətirir. Hər iki baxışı nəzərdən keçirək:

1. Həmin dövrdə bacının qardaşla evlənməsi qadağan edilməmişdi. Çünki bəşər nəslinin davamı üçün başqa bir yol yox idi. Ona görə də qardaşların öz bacıları ilə evlənməsi zəruri oldu. Nəzərə alsaq ki, yeganə hökm verən Allahdır, onda bütün iradlar yersiz görünər.

Bu nəzəriyyənin tərəfdarları Qurandan belə bir dəlil göstərirlər: "Ey insanlar. Sizi tək bir şəxsdən xəlq edən, ondan zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın törədən Rəbbinizdən qorxun.” Zahirən ayədən belə görünür ki, bəşər nəsli yalnız bu iki nəfərdən törəmişdir. Çünki ayədə bu iki nəfərin vasitə olması bildirilmir. Uyğun fikri mərhum Təbərsinin nəql etdiyi rəvayət də təsdiqləyir.

2. İkinci baxışa görə, Adəm övladlarının bir-biri ilə izdivacı mümkün olmadığından onlar yer üzündəki başqa bir nəsildən olanlarla evləndilər. Sonrakı nəsil isə əmiuşaqlarının izdivacı nəticəsində davam tapdı. Bu baxışı da təsdiq edən rəvayətlər var. Çünki Adəm nəsli yer üzündəki ilk insan nəsli deyil. Ondan əvvəl bir çox insan nəsilləri olmuşdur.

Nəticə olaraq deyə bilərik ki, Adəmin övladları Adəm nəslindən əvvəl mövcud olmuş insan nəslinin nümayəndələri ilə evlənmişlər. Allah-təalanın mələklərlə söhbətindən məlum olur ki, Adəm və Həvvadan qabaq yer üzündə insanlar olmuşdur.

Sual: 24 İnsan nəsli necə davam etmişdir? Habil və Qabil kim ilə evlənmişdi?
Cavab: Tarix və rəvayət mənbələrinə əsasən, hazırkı insan nəsli nə Habildən, nə də Qabildən davam etməmişdir. Əksinə, həzrət Adəmin Şeys (Hibətullah) kimi digər övladlarından davam etmişdir. İslam alimləri arasında Adəm (əleyhis-salam)-ın övladlarının kim ilə evlənməsi ilə əlaqədar iki nəzəriyyə mövcuddur və hər bir dəstə öz müddəasının isbatı üçün Quran və rəvayətlərdən müxtəlif dəlillər zikr etmişlər. Biz burada həmin iki nəzəriyyəni qısa şəkildə bəyan edirik:

1. Qardaş bacı ilə evləndi; O dövrdə hələ bacı ilə qardaşın evlənməsinin haram olma qanunu Allah tərəfindən verilməmişdi. Bəşər nəslinin davam etməsi üçün bundan başqa bir yol da yox idi. Buna görə də heç bir irad tutula bilməz.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 3 016
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri