Nə edək ki, ibadətlərimiz riyadan uzaq olsun?

Müəllif: ulduz
Şərhlər: 3
Baxılıb: 2 334
Səs ver:
(səs: 1)
Qəlb hüzuru - namazın ruhudur və qəlb hüzurunun yaranmasına şərait yaradan amillərdən biri namazın sözlərinə diqqət etməkdir. Qəlb hüzuru ilk əvvəl namazın sözlərinə diqqət edərək hasil olar. Ancaq bu mərhələdən keçib həqiqi qəlb hüzuruna çatmaq lazımdır. Həqiqi qəlb hüzuru odur ki, özünü Allahın dərgahında görəsən, Onun böyüklüyünü və ali sifətlərini dərk edəsən.
Bəs nə edək ki, qəlb hüzuruna malik olub, riyadan uzaq olaq?
Deyerler.org bildirir ki, əlbəttə, bu sualın iki tərəfi vardır. Bir tərəfi odur ki, namazda qəlb hüzuruna malik olaq və o biri tərəfdən isə riyadan uzaqlaşa bilək. Bu iki mövzunun bir-biri ilə sıx rabitəsi vardır. Hər nə qədər riyadan amanda qalmağı bacarsan, bir o qədər də qəlb hüzuru əldə etməyə müvəffəq olarsan. Riyadan uzaq olmaq və qəlb hüzurunu əldə etmək üçün riyanın həqiqətinə nəzər salmaq lazımdır. Öz rəftar və əməllərimizdə gərək elə yollardan istifadə edək ki, riyadan uzaq ola bilək.
"Riya" sözünün mənası "görmək" deməkdir. Dinimizdə isə insanların qəlbində məqama malik olmaq istəməkdir. İnsanların yanında yaxşı əməllər edərək, onların gözünə girməkdir.
İnsan o zaman ki, gözəl əməllərini başqalarının diqqətini cəlb etmək üçün yerinə yetirər - bu əmələ riya deyərlər.
Əgər ibadətlərimizin riyadan uzaq olmasını istəyiriksə, gərək onu xalis surətdə Allah üçün yerinə yetirək. Allahın razılığından savayı başqa hədəfimiz olmasın. Başqa niyyətləri ibadətimizə daxil etməyək. Molla Məhdi Nəraqi "Meracüs-Səadə" kitabında yazır: "Şeytan bəndələrin işini fəsada salmaq və ibadətlərini riyaya bulaşdırmaq üçün insanları niyyətlərində, qiraət və təharətdə vəsvəsəyə salar. Əgər insan bir neçə dəqiqə etina etməsə və dinin buyurduğuna əməl etsə, ondan əl çəkər. Onun əməl və ibadətini riyaya bulaşdırmağa müvəffəq olmaz. Ancaq əgər şeytanın vəsvəsələrinə qulaq versə və hər bir əməlində şəkkə etsə, işi o yerə gəlib çatar ki, ibadətdən qalar və əməlləri riyaya qarışmış olar".
Riyadan uzaq olmaq üçün nəfsini gizli ibadət etməyə vadar etmək lazımdır. Necə ki, pis əməllərini başqalarının görməsini istəməz, ibadət və yaxşı əməllərini də gizli qapı arxasında yerinə yetirməlidir. Heç vaxt başqalarının onun ibadətini görməyini istəməməlidir. Əgər ciddi qərara alsaq və tək hədəfimiz İlahi razılıq olsa, Allah bizə bu sahədə yardım edəcəkdir. Çünki Allah Təala buyurur ki, hər kim Bizim yolumuza qədəm basar, Biz ona yardım edərik.
İmam Əli (ə) buyurur: "Əməl və niyyətdə ixlaslı olun. Həqiqətən niyyətin paklığı və xalis əməl, əməlin qəbul olmasına, ibadət və Allah bəndəliyinin dəyərli olmasına səbəb olar".
İxlas riyanın zəminələrini aradan apardığı kimi, qəlb hüzurunun yaranmasında da təsirlidir. Namazda qəlb hüzurunu əldə etmək üçün bu nöqtələrə diqqət etmək lazımdır:
1. Xəlvət yerdə namaz qılmaq.
2. Diqqəti dağıdan amilləri aradan qaldırmaq.
3. Namazın mənasına, cümlələrinə və sözlərinə diqqət etmək. Namazı, özünün nə qədər zəif olduğuna və Allahın böyüklüyünə diqqət edərək yerinə yetirmək.
4. Namazın müqəddimələrinə diqqət etmək: mənəvi ab-hava ilə alınan dəstəmaz, azan, iqamə kimi müstəhəbləri yerinə yetirmək.
5. Bacardığı qədər namazı əvvəl vaxtda qılmaq.
6. Bacardığı qədər namazı məsciddə, camaat namazı ilə qılmaq.
7. Xəyal qüvvəsini kontrol etmək. İnsan namazın əvvəlindən qəti qərara alsın ki, bütün diqqəti Allahda olacaqdır. Nə zaman xəyal onun diqqətini oğurlamaq istəsə, tez bir zamanda onu geri qaytarmaq.
Əllamə Təbatəbai buyurur: "Namazda fikir gecə və gündüz düşüncələrinin ardınca olar. O kəs ki, səhərdən zöhrə qədər diqqəti Allahda olmaz, namaz zamanı Allahı yada salmağı davam etdirə bilməz".
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 334
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri