Günahı yada salıb peşman olmaq Allahın lütfüdür

Şərhlər: 7
Baxılıb: 569
Paylaş:
Səs ver:
(səs: 2)
Ey Əbuzər! Əgər Allah-təala bəndələrindən birinə xeyir əta etmək istəsə, günahlarını onun nəzərində böyük göstərər və günahı onun üçün çətinləşdirər. Əgər birinin bədbəxtliyini istəsə, günahlarını ona unutdurar».

Allah-təala bütün insanlara lütf və məhəbbət göstərir. Əgər bir nəfərə məhəbbəti olmasaydı, onu yaratmazdı. Lakin Allahın övliyalara xüsusi inayəti vardır. Əgər bu dəstə qəflət üzündən günaha mürtəkib olarsa, onları məsələdən xəbərdar etmək üçün günahı nəzərlərində mücəssəm etdirər (yəni günahın sonrakı aqibətini onların gözündə canlandırar). Çünki günaha batıb bədbəxtlik çalasına düşməyin ilk addımı, günahı yaddan çıxarmaqla başlayır. Allahın bəzi bəndələrinə xüsusi inayəti olduğunu və onları heç vaxt özbaşına buraxmadığını, eyni zamanda bəzilərinə qarşı etinasız olub onları öz hallarına buraxdığını nəzərə alaraq, hər kəs öz üzərində yoxlama aparıb müəyyən edə bilər ki, Allahın ona lütf və inayəti vardır, ya yox. Əgər keçmiş günahlarını unutmayıb və günah ona ağır və çətin gəlirsə, bilsin ki, Allahın inayəti onunladır. Lakin əgər günahını yaddan çıxarır və onu yüngül hesab edirsə, Allahın ona inayəti olmadığını bilməlidir.

Aydındır ki, günahı yada salmaq günahın davamına mane olacağı təqdirdə faydalıdır. Əgər bir nəfər günahını yada salıb, onu çiyinlərində ağır yük olaraq hiss etməzsə, məlumdur ki, ikinci dəfə günaha əl atmaqdan çəkinməyəcəkdir.

Əbu Həmzə Somali duasında deyilir: «Mən o adamam ki, günahdan dönmək və tövbə etmək üçün mənə möhlət vermişdin, (amma) mən günahdan əl çəkmədim. Günahlarımı (gizli saxlayıb) üzərini örtdün, (amma) mən həya etmədim. İkinci dəfə günaha əl atdım və həddimi aşdım. (bu səbəbdən) Sən də məni Öz gözündən saldın».

Məlum olur ki, Allah-təala bir nəfərin xeyirini istəyəndə, günahlarını onun gözündə mücəssəm etdirir və bu günahları ona böyük bir dağ kimi görünür. Əksinə olaraq, Allah inayətini kəsdiyi şəxsin əzaba düçar olmasını istəyirsə, onu öz başına buraxır və bundan sonra günah ona asan görünür və ona əhəmiyyət vermir.

Əlbəttə, ilk növbədə Allah inayətini heç kimdən əsirgəmir və heç kimin bədbəxtliyini istəmir. Lakin günahkar tərəf özünü alçaq işlərə bulaşdırandan və günahına israr edəndən sonra Allah da onu belə müsibətə giriftar edir.

Allah üçün bəndəlik göstərib Ona yaxınlaşmaq istəyən kəs əzizdir. O insan, Allah yanında alçaq hesab olunur ki, Allahdan uzaqlaşıb Onu unutmuş olsun. Elə ki, Allahı unutdu, Allah da onu öz halına buraxır. Bu barədə Quranda oxuyuruq:

«Siz möminlər o kəslərdən olmayın ki, Allahı unutdular, Allah da onları Özündən qafil etdi…»[1].

loading...
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 569
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
efsane..
Yazi cox gozeldi Allah razi olsun insan tekrar tekrar eyni gunahi etmemelidi nadanliq uzunden gunah edib tovbe etmek ve o gunahdan uzaq olmaq lazimdi
12 avqust 2016 17:24
7
Offline
MODABAZ
Sitat: vipbetul
Rebbimin her zaman sevimli qullarindan olaq her zaman baqishlanan oz sehflerini gorub Rebbinden ef dileyen tovbe eden qullardan olaq Amin insallah

Amın
12 avqust 2016 14:58
6
Heyata daim gulmek lazimdii
Offline
Cindrella
Allah gunahlarimizi ehv etsin.
12 avqust 2016 12:18
5
Offline
Totu
Allah bizləri bağışlasın
12 avqust 2016 11:53
4
Uşaqlarınıza zəngin olmağı deyil, xoşbəxt olmağı öyrədin. Beləcə, həyatları boyunca sahib olduqları şeylərin qiymətini deyil, dəyərini bilirlər.
Offline
vipbetul
Rebbimin her zaman sevimli qullarindan olaq her zaman baqishlanan oz sehflerini gorub Rebbinden ef dileyen tovbe eden qullardan olaq Amin insallah
12 avqust 2016 11:45
3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Turkan Abbasova
Rəbbim günahlarımızı bagislasin
12 avqust 2016 11:44
2
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
Offline
Barbaris
Allah gunahlarimizi bagiwlasin.Amin
12 avqust 2016 11:20
1
Xarakterimi ya da xasiyyətimi bəyənməyən insanları mecbur yanımda saxlamıram
Bir sözlə "Yol açıqdır"

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv