Duanın gücü (mütləq oxuyun)

Müəllif: Ayşə_gül
Şərhlər: 7
Baxılıb: 3 895
Səs ver:
(səs: 2)
Pakistanlı həkim İşan Hüseyni etdiyi böyük xidmətlərə görə mükafat almaq üçün beynəlxalq bir konfransa gedirdi.Günlərin bir günü belə səfərlərdən birini edəcəkdi.Təyyarəyə minir.Ancaq havada yaranmış bir problem və ildırım vurması nəticəsində təyyarə ən yaxın hava limanına enmək məcburiyyətində qalır.Bir sonrakı təyyarə 16 saat sonra qalxacaqdi.Esebleşir və "O konfransda mütləq iştirak etməyim lazımdır.16 saat gözləyə bilmərəm deyə öz etirazını bildirir.Hava limanının vəzifəli şəxsləri onun gedəcəyi şəhərin 6 saat uzaqlıqda olduğunu və istəyərsə bir maşın kirayə götürərək gedə biləcəyini söyləyirlər.Həkim İşan tələsik bir maşın kirayəliyib yola çıxır amma bu səfər də yolda yağan şiddətli yağış göz-gözü görməz hala gətirir və yolda yaranan sel suları yolu gedilməz vəziyyətə salır.Yol kənarında köhnə bir evin qapısını döyüb tələsik içəri girir.Evin içərisində yaşlı bir qadın oturmuşdu.Tələsik ona "Telefonu verə bilərsinizmi? Zəng etməyim lazımdır" dediyi zaman qadın təbəssüm edərək deyirki:"Görmürsənmi övladım nə telefonu.Burada nə telefon, nə də elektrik var.Keç biraz dinlən, yemək ye, çay iç sonra düşünərsən bu işlər haqqında".Adam çarəsiz halda qalaraq biraz isinir, yemək yeyir və çayını udumlayarkən yaşlı qadın namaz qılıb uzun uzadı dualar edirdi.Diqqətlə baxdığında qadının bir beşiyi yellədiyini və beşikdə çox kiçik bir körpənin hərəkətsiz dayandığını görür."Bu körpə kimindir anacan?" Xeyirdir bu qədər çox ağlayaraq dua etdin".Yaşlı qadın:"Həm anası həm də atasından yetim olan nəvəmdir.Ağır xəstəliyi var.Bölgədəki heç bir həkim çarəsini tapa bilmədi.İşan Hüseyni adlı bir həkim var.Çarəsi ondadır dedilər.Ancaq çox uzaqda olduğu üçün bir neçə gündür Allaha dua edirəmki, Allah bu körpənin işini asanlaşdırsın.Bu zaman həkim Hüseyni ağlayaraq deyirki "Qalx anacan.Allah sənin duanı qəbul etdi.Sənin duan ildırımlar çaxıdırıb təyyarəni yerə endirdi.Yolları sellərə qərq edib sonunda məni sizə çatdırdı.Həkim İşan Hüseyni mənəm.Allahın qullarına beləcə istəyinə çatdıracağına ürəkdən iman etdim. Bütün yollar bağlansa belə yeri göyü yaradan sığın.Ondan ümidini kəsmə.

PS:Həə beləcə qızlar ümid edirəm bəyəndiyiz.Bunu mənə video şəklində göndərmişdilər çox təsirli idi kövrəldim , sizlərlə də paylaşmaq istədim.Allahdan heç vaxt ümidinizi kəsməyin , ona sığının dua edin.İnşallah bir gün sizin də dualarınız qəbul olar.Yetərki siz Allahdan ümidinizi kəsməyin.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 3 895
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri