"Əli bu camaat üçün heyfdir".

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 1 970
Səs ver:
(səs: 0)
Qeyri-müsəlmanlardan kimin dediyi yadımda deyil, amma çox gözəl deyib bu sözləri. Deyir ki, əgər Əli indi yaşayıb Kufə məscidində xütbə etmiş olsaydı, minbərinin ətrafında ancaq Qərb mütəffəkirləri olardı. Bu sözləri indi yazacağım tarixi hadisə də təsdiqləyir və təəssüf ki, indinin özündə də rəvayətdə bildirilən müsəlmanlar dünyada azlıq təşkil etmir.

Bir gün Müaviyə camaat namazına rəhbərlik etmək üçün məscidə gəldi. Namazda həmişə olduğundan çox adam var idi. Müaviyənin xoşuna gəldi və özündən razı camaata nəzər atdı. Əmr ibn As onun bu halını görüb yaxınlaşıb dedi ki, çox da qürur eləmə. Bu camaatda ağıl olsaydı, Əlini seçərdilər. Müaviyənin sifəti turşudu. Əmr ibn As dedi, namazdan sonra sübut edərəm. Namazdan sonra Əmr ibn As izn istəyib minbərə qalxdı. Xütbə etməyə başladı. Xütbənin sonunda dedi ki, Hz.Rəsuləllahdan(s) eşitmişəm ki, hər kəs dilinin ucunu burnunun ucuna çatdırsa Allah ona cənnəti vacib edər. Bu sözlərdən sonra bütün məsciddə olanlar dillərinin buruna çatıb-çatmadığını yoxlamağa başladılar. Əmr ibn As minbərin yanında əyləşən Müaviyəyə elə bunu nişan verərək camaatın ağılsız olduğunu bildirmək istəyirdi ki, gördü Müaviyə özü əbasını camaat görməsin deyə qaldırıb öz dilinin burnuna çatıb-çatmamasını yoxlayır. Minbərdən enib Müaviyəyə yaxınlaşın qulağına deyir:
"Bu camaat axmaqdır və elə buna görə axmaq xəlifə istəyirlər. Əli bu camaat üçün heyfdir".
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 970
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri