Ümidsizliyin əlacı nədir?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 1
Baxılıb: 1 890
Səs ver:
(səs: 1)
Dünya imtahan dünyasıdır. Bu o deməkdir ki, bu imtahanın hansı şəraitdə keçəcəyini biz yox, Allah müəyyən edir. Ruzini verən Allahdır. Uşağı verən də Allahdır. Allah bəzi insanlara geniş imkanlar verdiyi halda, bəzilərini çətinliklərlə sınayır. Kimi insanlara övlad verdiyi halda, kimilərinə vermir. Yəni, elələri var ki, uşaqsız olurlar. Bütün bunlar onun əmri ilə meydana gəlir. Allah Təala bu barədə belə deyir:

“Göylərdə və yerdə səltənət Allahındır. O, istədiyini yaradır; kimə qız uşaqları, kimə də oğlan uşaqları bəxş edir”.

“Yaxud hər ikisindən – oğlan və qız uşaqları verir, istədiyini də sonsuz edir. Həqiqətən, O, Biləndir, ölçünü qoyan Odur”.1

Deməli, Allah sizinlə əlaqədar ölçünü (tale, qədər) belə qoyub. Bir növ belə məsləhət bilib. Siz istəsəniz də, istəməsəniz də, bu ölçü tətbiq olunur. Ona bilərək təslim olsanız, həm rahatlaşarsınız, həm də Allahın dərgahında bir qiymətiniz olar.

Biz bilə bilmərik ki, Allah sizin üçün yekun ölçü olaraq nəyi müəyyən edib. Ona görə də övlad sahibi olmaq üçün cəhd edin. Allah Quranda bizə elə əhvalatlardan bəhs edir ki! Həmin qissələr göstərir ki, Allahdan heç vaxt ümid kəsmək olmaz!
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 1 890
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri