Bir qız ögey qardaşlarının yanında başı açıq gəzə bilər?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 2 580
Səs ver:
(səs: 0)
Cavab: Həmin oğlanlar adət-ənənə baxımından sizin ögey qardaşlarınız hesab edilsələr də, dini cəhətdən həm onlar sizə halal, həm də siz onlara halal olursunuz. Başqa sözlə desək, onlar sizin üçün yad kişi hesab olunurlar. Beləliklə, onların yanında başı açıq gəzməyiniz caiz deyil; dini cəhətdən düzgün qəbul olunmur.

Mömin qadınların öz başlarını kimin yanında aça biləcəkləri məsələsi ayədə izah olunub. Allah Təala belə buyurur:

“Mömin qadınlara de ki, gözlərini haramdan çəkindirsinlər, iffətlərini qorusunlar, öz-özlüyünə görünən hissənin xaricində zinətlərini göstərməsinlər. Baş örtüklərini yaxalarının üstünü də əhatə edən formada taxsınlar. Ataları, qayınataları, oğulları, ərlərinin oğulları, qardaş-bacıları, qardaş-bacılarının oğulları, müsəlman qadınlar, cariyələr (kəniz), kişiliyi qalmamış tabelər (yəni, köməyə möhtac hala düşmüş və kişiliyi qalmamış yoxsul və düşkünlər) ya da qadınların məhrəm yerlərini hələ başa düşmək vaxtına gəlməmiş uşaqlardan başqasına zinətlərini göstərməsinlər. Gizli gözəlliklərinin aşkara çıxması üçün ayaqlarını yerə vurmasınlar” (Nur, 24/31).

Bu ayəyə əsasən müsəlman bir qadın başını ancaq yuxarıda bildirilən şəxslərin yanında aça bilər.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 580
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri