Qur’anda həyatı müxtəlif formada yaşayan 4 insan tipi.

Müəllif: YalniZ-ArZu
Şərhlər: 7
Baxılıb: 1 717
Səs ver:
(səs: 1)
1.“İnkar edənlər isə (dünyada) səfa sürər, heyvan kimi yeyib-içərlər. (Öləndən sonra) cəhənnəm odu onların məskəni olacaqdır! “ (Muhammәd;12).
2. “Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. (Lakin bütün) bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır.“ (Əli-İmran;14)
3. “İnsanların eləsi vardır ki, onun dünya həyatı haqqındakı sözləri sənin xoşuna gələr. O, qəlbində olana da (dili ilə ürəyinin bir olmasına) Allahı şahid göstərər. Halbuki, o, düşmənlərin ən şiddətlisidir.
(O şəxs səndən) ayrılan kimi yer üzündə fitnə-fəsad törətməyə, əkini(lərinizi) və (heyvanlarınızın) nəsli(ni) məhv etməyə çalışar. Halbuki, Allah fitnə-fəsadı sevməz.” (Bәqәrә; 204-205)
4.“Allah uğrunda necə cihad etmək lazımdırsa, elə cihad edin! O sizi seçmiş və dində üzərinizə heç bir çətinlik qoymamışdır. Atanız İbrahimin dinində də (belədir). O (Allah), istər daha öncə(ki, kitablarda), istərsə də bunda (Qur`anda) sizi “Müsəlmanlar” adlandırdı ki, peyğəmbər(iniz) sizə şahid olsun və (siz də) bütün insanlara şahid olasınız! Elə isə namazı düzgün qılın, zəkat verin və Allah(ın dinin)ə bərk-bərk yapışın! O sizin Mövlanızdır. Məhz O, nə gözəl Mövla və nə gözəl yardımcıdır!” (Hәcc;78).
Gəlin bu ayəni anlamaq üçün düşünüb beynimizi yoraq. Müsəlmanların yenidən öndərlik məqamına gələrək bəşəriyyətin qurtuluşunu təmin etmələri, Namazı iqamə etmək, zəkatı vermək və Allahın dininə bərk-bərk yapışmaqla olacaqdır.
Şübhəsiz, bu ümmət, bu ilahi sistemə möhkəm başlandığı və praktik həyatında tətbiq etdiyi müddətcə bəşəriyyətə öndərlik etmişdir. Amma bu sistemdən çıxdığı və öhdəliklərini yerinə yetirmədiyi zaman uca Allah onu öndərlik məqamından, karvanının sonunda quyruqluq səviyyəsinə endirmişdir və hələ də elədir. Uca Allahın bizim üçün seçdiyi bu məsuliyyəti yenidən yüklənmədiyimiz müddətcə də belə qalacaqdır.
Bu məsuliyyət düşüncə və hərəkət intensivliyini, hər cür hazırlığı tələb edən bir məsuliyyətdir. Bu səbəbdən, Qur`an namazı iqamə etməyi, zəkat verməyi, Allaha bağlanmağı əmr edir.
Namaz, gücsüz və fani insanın güc və azuqənin mənbəyinə bağlanmasıdır. Zəkat da cəmiyyəti bir-birinə bağlamaqdadır. Cəmiyyətin ehtiyaclarını aradan qaldırıb fəsadın qarşısını alan bir funksiyanı yerinə yetirməkdədir.
Allaha sarılmaq isə, bəndə ilə Rəbb arasındakı qopmaq nədir bilməyən möhkəm bir ipdir.
Bu hazırlıqlar sayəsində bu ümmət Uca Allahın onun üçün seçdiyi bəşəriyyətə öndərlik vəzifəsini yerinə gətirə bilər.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 1 717
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri