Azərbaycan qızının "Izsız Adamı"

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 858
Səs ver:
(səs: 2)
Bir neçə ay əvvəl almışdım kompüteri. Bir insanla orda yoldaş olmağa qərar vermişdik, amma sonra iki ayrı insan olduğumuzu anladığımızda bir neçə gün sonra ayrıldıq. Bir iki həftə sonra yenə mənim mail ünvanıma yoldaşlıq istəyi göndərildi. Şəkilini qoymuşdu. Yaraşıqlı idi. Qəbul etdim və dost olduq. O gecə biri-birimizi tanımaq üçün cürbəcür suallar verdik. İkimizdə ayrı-ayrı şəhərlərdə otururduq. Sonunda telefon nömrələrimizidə verdik. Bir neçə gün həm əl telefonundan danışırdıq həm də axşamlar saytda danışırdıq. Mənə daha yaxın olması üçün həmişə görüşmək və ya tel-də daha açıq danışmaq istəyərdi. Hər dəfə rədd edərdim və bu səbəbdən aylarla küsərdik. Mən çalışırdım o isə əsgərə gedəcəkdi və getdi də. 1 il ərzində həmişə onun üzü ilə oyandım həmişə onu düşünərək yatdım. Həmişə internetə girsəm də kimsəni onun yerinə qoymağı ağılımdan belə keçirmədim. 1 il sona çatdı. Sanki sevdiyimin yerinə tam fərqli biri geri dönmüşdü. Məni sınamaq üçün yalandan şərlər atır, əvvəllər görüb bir şey demədiyi paltarlarımı nifrət edərdi. Artıq qısqanc biri olmuşdu. Düşündüyünüzden daha bağlı geyinmemi istəyirdi. Tez-tez dalaşmağımız və günlərlə küsmək artıq normal hal almışdı. Amma biri-birimizi sevdiyimiz üçün hər dəfə heç çətinlik çəkmədən barışırdıq. 2 ay əvvəl bir heç üçün yenə küsmüşdük. 2 gün əvvəl isə barışaq dedi, sevə-sevə OK dedim. Çünki onsuz günlərim cəhənnəm kimi idi. Hər dəfə özümə barışma, bu dəfə bitirəcəksən desəmdə, ürəyim ağılıma qalib gəlirdi. Bir daha küsməməyə qərar verdik. Davamlı başqaları evimizə məni istəmək üçün gəlirdi. Artıq yaşım da buna icazə verirdi. Bir başqasına çatmaq istəmirdim və sevdiyimin də olduğunu ailəmə deyə bilmirdim. Çünki onların reaksiyasından qorxurdum. Sevdiyimə yetər artıq evlənək bitsin bu iztirab, bu uzaqlıq dediyimdə təəssüf ki, xəyal qırıqlığına uğradım. Olmaz dedi .. "Bu işim ürəyimcə deyil, indiki həyatım istədiyim kimi deyil. Daha rahat həyatım olsun sonra" dedi .. Kim olsa bu sözlərdən küsərdi. Amma mən yenə israr etdim. Çünki daha rahat heç bir şey istəmirdim. Mənim üçün əhəmiyyətli olan onun yanımda olmaqdı. Başqasına qismet olmaq qorxusu boğurdu məni. Olmaz dedi səbr etməlisən dedi. Birdən başqasına versələr? dediyimdə anlatdığım kimi deyil də istədiyi kimi anladı hər şeyi. aaa başqasına getmək istəyirsənsə get dedi. O gün gecə yarısı son danışmağımız oldu. Mən həmişə ki kimi vəziyyəti anlatdım o susdu və səhəri gün  mesaj yazmadı nə o mənə nə də mən ona. Əslində onun səhər məni sevindirəcək bir yenilik deyəcəyini düşünürdüm. Yanıldım .. 2-gün sonra mən ona mesaj yazdım. "Sevdiyim yanında istədiyin hər şey olduğunda bir tək mən olmayacağam dedim." Izsiz Adam "-ın taleyi gözləyir" dedim. Başqa nömrəylə zəng eləmişdim bəlkə başına bir şey gəlib deyə. Amma uğrunda ölməyə belə razı olduğum insanın həyatında hər şey normal idi. Yalnız artıq sevdiyim məni axtarmaq istəmirdi. Onu tanıdığmdan bu günə qədər həmişə gələcək dedik dayandıq. Amma gələcək gəldiyinə sevdiyim səssizliyi seşdi. Həmişə Sevgi var dedim başqalarına. Yaxşı var olan Sevgi Bumudur? Artıq nə edəcəyimi bilmirəm .... Əgər onsuz yazılmışsa gələcəyim yaşayan Ruhum deyil Bədənim olmalıdır ...
Tərcümə etdi:Sadəcə Mən

 
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 3 858
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri