Ey haramdan çəkinənlərin köməkçisi olan Allahım

Müəllif: Vipbetul
Şərhlər: 6
Baxılıb: 4 360
Səs ver:
(səs: 16)

Gəncin biri Kəbədə həmişə,

- "Ey doğruların köməkçisi olan Allahım, Ey haramdan çəkinənlərin köməkçisi olan Allahım, sənə həmdi səna edərəm," deyə dua edər.
Bu vəziyyət hər kəsin diqqətini çəkər. Biri:
- "Niyə həmişə eyni duanı edirsən, başqa bir şey bilmirsənmi?," Deyir.
O da izah edər:
Yeddi səkkiz il əvvəl yenə Kəbədə olduğum zaman içi qızıl dolu bir torba tapdım. Tam min qızıl var idi. İçimdən bir səs:
- "Bu qızıllarla, bunları edərsən" deyirdi. Xeyr dedim öz özümə. Bu mənim deyil. Başqasının malı, haram olar dedim. Bu sırada biri
- "Belə bir torba tapan var mı?" deyə qışqırırdı. Çağırdım onu.
- "Necə bir torba idi? İçində nə var idi?" deyə soruşdum. Torbanın və "İçində min qızıl var idi" dedi.
- "Torba burada." deyərək verdim. Adam torbanı açıb mənə otuz qızıl verdi. Bazara getdim. Təmiz üzlü gənc bir əsiri tərifləyərək satırdılar. Gəncin təmizliyi diqqətimi çəkdi. Yanlarına getdim,
- "Bu kölə üçün nə istəyirsiniz?" dedim. "Otuz qızıl dedilər". Adamdan aldığım otuz qızılı verib gənci satın aldım. Bir iki il keçdi. Gənc çox çalışqan, çox ədəbli idi. Onu aldığıma çox məmnun olmuşdum. Bir gün onunla gedərkən qarşıdan iki üç kişi gəlirdi. Gənc mənə dedi ki,
- "Əfəndim, mən Morokko əmirinin oğluyam. Bu adamlar mənim atamın adamları. Məni tapdılar. Səndən məni satın almaq istəyirlər. Sən yaxşı bir insansan. Onlara otuz min qızıldan aşağıya satma." dedi. O kəslər yanıma gəldi.
- "Bu əsiri bizə satar mısın?" dedilər. "Sataram." dedim. "Altmış qızıl verək." dedilər. Mən də "Olmaz." dedim.
- "Sən özün bunu bazardan otuz qızıla almadın mı? Biz sənə iki mislini veririk" dedilər.
- "Elə isə gedin bazardan alın." dedim. Artıran artıran iyirmi min qızıla qədər çıxdılar. Otuz min qızıldan aşağı olmaz dedim. Çarəsiz qəbul etdilər. Mən o otuz min qızıl ilə iş yerləri açdım. Ticarət etdim. Daha çox zəngin oldum. Bir gün mənə yoldaşlarım,
- "Çox zəngin bir ailənin yaxşı bir qızı var. Atası yeni vəfat etdi. Onunla səni evləndirək." dedilər.
- Mən də "Olar." dedim. Nikah qıyıldı. Dəvə yükləri cehizini gətirdilər. Cehiz arasında bir torba diqqətimi çəkdi. Qıza, "Bu nədir?" dedim.
- "İçində 970 qızıl var. Atam Kəbədə bunu itirmiş. Verən gəncə otuzunu tapana verdi. Qalanını mənə hədiyyə etdi. Cehizinə qoyarsan dedi" deyə izah etdi. Demək ki tapdığım qızıllar mənim ruzim imiş. Verməsə idim haram yoldan gələcək idi. İndi halal yoldan yenə mənə gəldi. Mənə kömək edib haramlardan qoruyan, nə qədər nemətlər lütf edən uca Rəbbimə həmd edirəm.
salam və dua ilə ...

Tərcümə etdi:Vipbetul


(səs: 16)
Şərhlər: 6
Baxılıb: 4 360
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri