Mövlanın dilindən dua

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 903
Səs ver:
(səs: 5)
Ya Rəbbi!
Bizim halımıza baxaraq rəftar etmə.
Öz İkram və Lütfkarlığına görə bizlə rəftar et.

Ya Rəbbi!
Kərəm və lütfünlə hidayət etdiyin ürəyi təkrar dəlalətə, pozğunluğa meyl etdirmə.
Bəlaları bizdən sərf et, çevir və dəyişdir.
Ey əfvi çox olan, günahları örtən Rəbbim!
O günahlar səbəbindən bizdən intiqam alma. Bizə əzab etmə.

Ya Rəbbi!
Biz nəfs ilə şeytana it kimi tabe olduqsa da sən, əzab aslanını bizə göndərmə..

Ey Həyy, əbədi diri olan Rəbbim!
Tələb və dua üzərinə necə olar da kərəm etməzsən.
Sən Kərəm sahibisən.
Ey məxluqatın, varlıqların canlıların ehtiyacını aradan qaldıran Rəbbim!
Sən varkən heç bir kimsəni xatırlamaq və ondan bir şey ümid etmək layiq deyil.

Ya Rəbbi!
Ruhumda bir elm qətrəsi var.
İlahi onu heva küləyiylə bədən torpağından mühafizə et.
Ey lütfkarlığı çox olan Rəbbim!
Cəfa içində keçib gedən ömrə mərhəmət et.
Ey bağışlamağı sevən Rəbbim!
Bizi əfv eylə. Üsyan dərdimizə çarə et.
Ey kömək istəyənlərin köməkçisi!
Bizi hidayətə çıxar.

Ya Rəbbi!
Dua və yalvarışlarımızda sənə layiq olmayan sözləri bilməyərək söyləyib səhv etmişiksə, o sözləri sən islah et və duamızı qəbul buyur.
Çünki sözlərin hakimi və sultanı ancaq Sənsən.

Ey aləmin yaradıcısı!
Qararmış, qatılaşmış sanki daş kimi olmuş olan ürəyimizi şam kimi yumşalt, fəryadımızı,
ah-vahımızı çox et ki, rəhmətini cəlb etsin, çəksin.
Bizi kölə kimi istifadə edən bu itaətsiz nəfsdən bizi satın al.
O nəfs bıçağı sümüyə dayandı (zülmü canımıza çatdı).

Ya Rəbbi!
Sənə nə ərz edim.
Çünki sən gizli və açıq hər şeyi bilərsən."
Allahım! Nurumu artır, mənə nur ver.
Ey nurun nuru ey mərhəmətlilərin mərhəmətlisi Allahım mərhəmətinlə məni nur et.

Ya Rəbbi!
Mənə nə sənin zikrini unutduracaq, sənə şövqümü söndürəcək, səni təsbeh edərkən duyduğum ləzzəti kəsəcək bir xəstəlik; nə də məni azdıracaq, şər və pisliyimi artıracaq bir səhhət ver.
Ey Mərhəmət edənlərin mərhəmətlisi!
Mərhəmətinlə bu duamı qəbul et.
(səs: 5)
Şərhlər: 2
Baxılıb: 2 903
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri