Dua edərkən qəlbinizdə Allahdan başqası olmasın.

Müəllif: Pure Love
Şərhlər:
Baxılıb: 5645
Paylaş:
Səs ver:
(səs: 5)
Bir şəhərdə çox kasıb, borc içində olan bir kişi yaşayırdı. Axşam vaxtı namaz qılmaq üçün məscidə gəlir və namazının sonunda əllərini qaldırıb,Allaha dua etməyə başlayır. Allahdan ruzi-bərəkət, onu borcdan qurtarmasını istəyir. Bu duadan sonra Peyğəmbərimiz (s.a.s.) şəhərin varlı bir mömininin yuxusuna girir və deyir: "Ey ərəb, filan yerdə yaşayan bir kişi var və onun filan qədər borcu var". Bu mömin kişi sevincək yuxudan oyanır, Peyğəmbəri (s.a.s.) yuxuda gördüyünə çox şad olur. O biri gecə yenə yuxusunda Peyğəmbərimizi (s.a.s.) görür. Amma bu dəfə incik bir halda gəlir və kişiyə deyir: "Mən axı sənə demişdim ki, filan kişinin bu qədər borcu var, ona kömək etmək lazımdır". Kişi pərişan halda yuxudan oyanır. Səhəri həmin məscidə gedir. Görür ki, elə Allah Rəsulunun (s.a.s.) təsvir etdiyi kimi bir kişi əlini açıb Allaha dua edir. Mömin kişi bu dua edən kişinin yanına yaxınlaşır və deyir:
- Qardaş, al bu sənin borcunu ödəyəcək qədər pul, bu artıq olan da sənə hədiyyəm olsun. 
Sonra kişiyə öz ünvanını verir:
- Nə vaxt ehtiyacın olsa, gəl bu ünvana sənə kömək olaram. 
Kişi deyir:
- Allaha həmd olsun. Sənə də təşəkkür edirəm ki, kömək oldun. Amma bu ünvan mənə lazım deyil. Mən dünən Allahdan istədim və Allah mənə pul yetirdi. Sabah da, nə vaxtsa ehtiyacım olsa yenə Allahdan istəyəcəm, O da mənə bir yolla ruzi yetirəcək. 
Əzizlərim, dua edərkən çalışaq ki, qəlbimizdə Allahdan başqası olmasın. Allah "xeyrul raziqin"dir, yəni ruzi verənlərin ən xeyirlisidir. İnşallah Allah bütün dua edənlərin dualarını qəbul edər. Amin.

loading...
(səs: 5)
Şərhlər:
Baxılıb: 5645
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook