Gənckən namazın əhəmiyyəti

Müəllif: Pure Love
Şərhlər: 7
Baxılıb: 3 104
Səs ver:
(səs: 2)

Namaz, nəfsə ağır gələn bir ibadətdir. Nəfs, ondan xilas olmaq, qaçınmaq üçün ağla sığmaz səbəblər uydurar. Bu işdə şeytan da nəfsin ən böyük dostu və köməkçisidir. Şeytanın və nəfsin, adamı namazdan saxlamaq üçün icad etdikləri bəhanələr həqiqətən qarşı qoyulması çətin şeylərdir. Bu iki düşmənin insana ən çox sözlərini keçirə bildikləri çağ da insanın bədənlə ən güclü, amma təcrübə və iradə baxımından ən zəif çağı olan gənclik çağıdır. Şeytan və nəfs, həyatının heç bir dövründə adama, gəncliyində olduğu qədər müsəllət olmaz. Çoxu kimsənin namazı həmişə təxirə salmaları, bir az daha yaşlandıqları ya da təqaüdə çıxdıqları zamana buraxmaları bu yüzdəndir. Buna qətiyyən imkan verməmək, polad kimi bir iradə ilə bu cütə düşmənin qarşısında dayanmaq dinimiz baxımından bənzərsiz qazanclara vəsilədir.
Ən məqbul ibadət gənclikdə edilən ibadətdir. Bədənin bütün orqanları sağlam, bütün beyin mexanizmi yaxşı işlərkən Allaha qulluq etmənin dəyəri və dərəcəsi çox fərqlidir. Peyğəmbərimiz (S.Ə.V)ın bildirdiyinə görə Allah (C.C)ın qiyamət günündə özlərini gözləyəcəyi, fərqli rəftara tabe tutacağı yeddi sinif insandan bir sinifi də Allaha ibadətlə böyüyən gənclərdir. Ağıl və məntiq də qəbul edər ki, ora bura ağrıyan, axsayan bir bədənlə edilən ibadətlə, saat kimi işləyən bir bədənlə edilən ibadət eyni olmaz
Tək Allaha qulluq edib, tək ondan kömək gözləmək, tək ONA sığınmaq şüuru, dünya həyatının keçici nemətlərinə bel bağlamağa, yersiz bir ehtiras və təlaşa qapılmağa qarşı ən möhkəm təminatdır. Din böyüklərinin təcrübəsiylə sabit olmuşdur ki, namaz əsnasında Fatihə müddətini, mənasını bilərək, eşidərək oxumaq adama, bütün dünya narahatlıqlarına bir süngər çəkə bilmə cəsarət və qabiliyyətini qazandırar.

 

(səs: 2)
Şərhlər: 7
Baxılıb: 3 104
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri