Hz. Məhəmmədin (s.a.v) ən gözəl sözləri

Müəllif: Wiyinka
Şərhlər: 2
Baxılıb: 45 048
Səs ver:
(səs: 24)
 
* İman iki bərabər parçadır. Yarısı səbir, yarısı şükrdür.
* Sonradan üzr istəməyi tələb edən şeyləri etməkdən qaçının.
* Həsəd, atəş necə odunu yeyib udarsa, ​​yaxşılıqları yeyər udar, məhv edər.
* Məzlumun bəd duasından çəkinin. O dua ilə Allah arasında pərdə yoxdur.
* Dostluqda da, düşmənçilikdə də həddindən artığına qaçmayın.
* Bir gün biriylə dost olduğunuzda, sabah onun bir düşmən ola biləcəyini unutmayın.
* İnsanlara ağılları ölçüsündə söz söyləyin.
* İnsanların ən xeyirlisi əxlaqı ən gözəl olanıdır.
* İnsan dilinin altında gizlidir.
* Başqalarının qüsurlarında bəhs edərkən öz qüsurlarını xatırla. O zaman başqalarının qüsurlarını görməyə haqqın olmadığını xatırlayarsan.
* Qəbirimi ziyarət yerinə çevirməyin.
* Münafiqliyin əlaməti üçdür: Danışdığı zaman yalan söyləyər, vəd etdiyi zaman sözündə durmaz, əmanətə xəyanət edər.
* Kim bir qardaşını bir günah səbəbi ilə ayıblasa, o günahı etmədikcə o kimsə ölməz.
* Övlad qoxusu cənnət qoxusudur.
* Utanmaq gözəldir, amma qadınlarda olsa daha da gözəl olar.
* Cahillər içində bir savadlı ölülər içində bir diridir.
* Əsla özünə verdiyin qiyməti sənə verməyənlə yoldaş olma.
* Atalarınıza yaxşılıq edin ki, oğullarınız da sizə yaxşılıq etsin.
* Siz özünüz namuslu olun ki, qadınlarınız da namuslu olsunlar.
* Bəla insanın dilinə bağlıdır. Bir kimsə bir şeyi "etmərəm" dedimi, şeytan hər işini buraxıb onu etdirənə qədər məşğul olar.
* Zəngin çox mala sahib olana deyilməz, zəngin ürəyi olana deyilir.
* Bir ata uşağına gözəl tərbiyədən daha yaxşı miras buraxa bilməz.
* Cahillər cəsur olarlar.
* Sənə əmanət edilən şeyi yaxşı saxla, birinin xəyanətinə düçar olduğun zaman xoş gör və xəyanətə xəyanətə cavab vermə.
* Ən böyük düşmənin iki qabırğa sümüyünün arasında olan düşməndir.
* Şərəf ədəb ilədir. Soy ilə deyil. 
 
(səs: 24)
Şərhlər: 2
Baxılıb: 45 048
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri