DUA EDIN...!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 777
Səs ver:
(səs: 1)

http://imgs.su/tmp/1320393636-656.jpg

Dua edin, ey Allahın qulları!

Dön, qocaman dünyaya bax!!! Dünyadan köçənlər sənə böyük ümidlərini əmanət qoyub. Oxu və anlamaq üçün düşünə bildikcə düşün! Ümmət və millət dərdlərindən ağrıya bildikcə ağrı! Eyş-işarətlər, kef-damaqlar sənin üçün deyil. Qoy sənin sevdiyin həzlər millət dərdlərindən içini sızladan melodiya olsun! Əzablarınla yaşa! Yüz dəfə, min dəfə ağrımadıqca, bir dəfə toxtama! Qulaq ver, əsrlərin imdad səslərinə, gümanlı haraylara!.. Eşidirsənmi, dinləyirsənmi tarixin qırx arşın quyusundan gələn boğuntuları, xırıltıları? Dağılan xanımanları, qovğun elləri, torpağa gömülən on minləri, yüz minləri görürsənmi? 
Bildiyim bilmədiyimin yanında bir damla... Amma bilmək azdır, anlamaq fərzdir.
Qarşında bir-birindən sərt əngəllər, maneələr... Bir deyil, yüz deyil. Amma ALLAH səninlədir, yetməzmi "O"??? Bağrı suya cadar-cadar "ölü" torpağa can verən səni ümidsiz və çarəsiz qoyarmı??? Yüz dəfə şikayətlənməkdənsə bir dəfə "Ya ALLAH!" kəlməsilə "O" na sarılmaq xilasın ikən tərəddüdlərdən bezmədinmi? Tumurcuq çəkib partlamasa, çiçək gülümsəyərmi heç? Yumurtanı cücənin həyat eşqi parçalamırmı? Peyğəmbərimizin (s.a.v): "Sülh istəyirsənsə, müharibəyə hazır ol!" tövsiyəsini unutduğundanmı ağlayırsan??? 
Vicdan həqiqətə güvənir. Ən böyük həqiqət isə ALLAH özüdür. Sən də "O" na sarıl! Hədisi-Şərifdə deyilir: "ALLAHın təqdir etdiyindən çəkinmək fayda verməz, elə isə ey ALLAHın qulları, dua edin, dua!
ALLAHım, Sənə və dualara etimadımı artır! Səbəblərə riayəti də bir vəzifə şüuru olaraq vicdanıma duyur!!!


(səs: 1)
Şərhlər: 0
Baxılıb: 2 777
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri