Qoca və gənc

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 4 307
Səs ver:
(səs: 1)
Məkkə... Yaşlı bir qoca və cavan bir dəliqanlı şəhərin bir tərəfində oturub insanlardan yardım istəyirdilər. Bu zaman onların qarşısında gözəl geyimli bir tacir dayandı və gəncin qarşısına bir kisə qızıl tulladı.
Bu vaxt gənc dilləndi:
- Sağ olun, ancaq bu qədər qızıla ehtiyacım yoxdur.
Tacir dedi:
- Olsun, mən bunu sənə verirəm. İstəsən xərclə, istəməsən fəqirlərə payla.
Gənc çox israr etmir. Tez ayağa qalxıb bu qızılı bütün tanıdıqları kasıblara paylayır. Elə həmin günün axşamı yaşlı qoca o gənci bir başqasından yardım istədiyini gördü. Qoca yaxınlaşıb gəncdən soruşdu:
- Niyə o bir kisə qızıldan imtina etdin? Özünə saxlamadan, hamısını kasıblara payladın? Amma indi özün kimdənsə kömək istəyirsən?
Gənc dilləndi:
- Axşama kimi yaşayacağımdan əmin deyildim...
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 4 307
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri