Allahın razı, ərinin məmnun olduğu qadın olmaq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 109
Səs ver:
(səs: 2)
Həyat yoldaşınız sizə yaxşı münasibət göstərmir, gözü həmişə başqa qadınlardadır?! Belə problem yaşayan qadınlar, bu yazdıqlarımı diqqətə oxuyun...

Çarə kimdədir bilirsənmi? Səni Yaradan Rəbbində... Hər qapı ona çıxır elə deyilmi ?!...  Nə gözəl ... İndi bir nəzər salaq. Sən yoldaşına qarşı nə qədər yaxşısan, nə dərəcə gülərüzlüsən və evdən çıxarkən özünə göstərdiyin diqqətin yarısını, evdə yoldaşın üçün də göstərirsənmi?  Gözəlliyini başqa kişilərin diqqətini çəkəcək şəkildə çöldə nümayiş etdirsiniz, bir dəfə də başqa qadınlar özünü sənin yoldaşının diqqətini çəkmək üçün nümayiş etdirər!

İstərdinmi, Allahın razı, ərinin məmnun qaldığı qadın olasan? Yoldaşın səndən başqasını "görməsin"?

Çarə nədir?! Əlacı vardırmı?!... Əvvəl Allahdan istəyəcəksən və Allahdan gələn hər şeyə razı olacaqsan. Ancaq səbirli olsan, qurtuluşa çatarsan ...

"Hz. Məhəmməd (s.ə.v)
qadınlardan kişilərə bənzəyənlərə, kişilərdən də qadınlara bənzəyənlərə lənət etdi." (Buxari: 5751, Əbu Davud: 4098, Əhməd Hambel: 3149, Nəsəi: 9161)

Qadınlar artıq kişiləşməyə başlayıb, onlar kimi geyinir və onlar kimi davranırlar. Bu hansı müsəlman kişinin xoşuna gələr ki?!

Sən yoldaşına gözəl görünsən və gülərüzlü davransan bu ibadətin yerinə yetər. Bunu unutma, yoldaşın sənin qəlbini qırsa belə, sən ona Yaradan eşqi üçün yaxşı rəftar et... Bax o zaman, yoldaşın səni necə sevəcək və gözü səndən başqasını görməyəcək ...
 
Allah sizləri daim xoşbəxt eləsin.. :128:
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 3 109
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri