Allahım! Bu duamızı sənə çatan dualardan et!

Müəllif: my_angel
Şərhlər: 7
Baxılıb: 2 006
Səs ver:
(səs: 2)
Su hovuz içində məhbus kimidir. Lakin külək onu əmər yuxarı çəkər. Çünki su da külək kimi dörd ünsürdən biridir. külək o suyu yavaş-yavaş götürüb mədəninə qədər aparar. Onu həbsdən qurtarar. Sən bu halı, bu gedişi, bu tükənməni görə bilməzsən. Bizim alıb-verdiyimiz bu nəfəslər də bizim canlarımızı sanki onun kimi yavaş-yavaş dünya həbsxanasından oğurlayıb aparar. Candan, könüldən söylənən gözəl sözlər, dualar, niyazlar, yalvarışlar Haqqa doğru yüksələr, Haqdan başqa heç kimin bilmədiyi bir yerə qədər çatar. 

Təmizlənmiş və arınmış olan nəfəslərimiz, xoş sözlərimiz ucalar, ucalar, bizdən hədiyyə olaraq ölümsüzlük, sonsuzluq aləminə çatar. Sonra sözlərimizin, niyazlarımızın savabı Allahın rəhmət əsəri olaraq qat-qat çoxalaraq bizə qayıdar. Sonra da qul əldə etdikləeinə bənzər savabı yenidən əldə etsin deyə Allah bizə yenə onlara bənzər sözlər söylədər. Beləcə davamlı olaraq gözəl sözlər o biri aləmlərə yüksələr. Əvəzində rəhmət enər. Bu iki hal səndə, sənin varlığında daimi olaraq qalar.

Mövlana Cəlaləddin Rumi
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 2 006
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri