Toy gecəsi qorxusu yaşayan oxucumuz Qadınlar.bizlə dərdini bölüşür.
2 il əvvəl evləndim. Ərimlə evlənmədən öncə cinsi əlaqə yaşamadıq. Toy gecəsindən çox qorxurdum. Evlənmədən öncə bunu ona dedim. Çox anlayışlı davrandı. Evləndiyimiz gecə mənim gərginliyimi bildiyi üçün ilk gecə birlikdə olmağımız üçün bir təzyiq göstərmədi. "Doğru zaman" gələndə yaxınlaşarıq dedik və gözlədik. İlk həftə bal ayına çıxanda bir-birimizə öyrəşdik və mən daha rahat olmağa başladım. İlk görüşümüzdə hər şey çox ləng, asta oldu. Məni nəyəsə zorlamadı. Necə gərdəyə girərəm deyə düşünərkən, bundan qorxarkən sakitlik içində sevgi ilə qorxumu keçdim. İndi ərimlə çox gözəl irəliləyən bir seks həyatımız var. Hər şeyin başında sevgi və anlayış durur.