Yalnız qadınlar gücsüz deyil: Tənhalıq qorxulu deyil

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 1 713
Səs ver:
(səs: 0)
Cəmiyyətimizdə yalnız və tənha yaşayan qadınlara qarşı münasibət heç də birmənalı deyildir. Halbuki həyatda öz ayaqları üstündə durub, özlərinə məxsus xoşbəxtliklərini tapan qadınların sayı az deyil. Əsas həyat məqsədi kiminləsə ailə qurmaq və ya mütləq şəkildə kiminsə yaşamına müdaxilə etmək olan qadınlar başqalarına nümunə olmalı deyil.

Çünki kiminləsə bərabər olmasına baxmayaraq, bədbəxt olan və ailədə zorakılıq, biganəlik və ya ikili münasibət ilə üzləşən, aldatılan qadınların sayı daha çoxdur.

İnsanlar bir şeyi anlamalıdır zənnimcə – yalnız olmaq cəmiyyət tərəfindən bəyənilməyən, qəbul edilməyən, daha az qabiliyyətli, bacarıqsız və ya uğursuz olmaq anlamına gəlmir, bu o demək deyil ki, qadının hansısa qüsuru və ya çirkli keşmişi var deyə təkdir ya da heç kəs bəyənmir və göz həddindən artıq yuxarılardadır.

Bəziləri fikirləşir ki, onlar hələ də öz “ağ atlı şəhzadələrini” gözləyir. Halbuki həmin qadınlar təsəvvür etməyəcəyiniz qədər realistdir, xəyal qurmaq qabiliyyətlərinin gücü inanılmaz olsa belə, həyata gerçək baxır və nağıllardakı obraz deyil axtardıqları.

Sadəcə bu qadınlar özlərinə dəyər verir, pis əhatədə olmaqdansa tək olmağı üstün tutur, özləri özünə bəs edir, həyatda xoşbəxt olmağı bacarır. Nəyinsə öhdəsindən tək gəlməkdə qorxmur.

Tək kitab oxuduqda, tək səyahət etdikdə, təsadüfi tanışlıqları dəyərləndirdikdə, hər hansı bir kafedə tək səhər yeməyi yedikdə belə özlərini tənha hiss etmir və həyatından zövq ala bilir. Bəzən tək qalmamaq səyləri – insanları yanlış addıma sürüklər və nəticədə daha çox yaralanar insan. Ona görə qovalamamaq lazım, azadlığın verdiyi üstünlükləri yaşamaq lazım.

Sadəcə tənhalıqdan qurtulmaq üçün deyil, biri ilə gerçəkdən bərabər olmaq istədikdə, onunla olmaq xoş olduqda, birlikdə gözəl nələrsə yarada biləcəyini anladıqda qərar verər yolları birləşdirməyə tənha qadınlar.

Əsl tənhalıq – kütlə içərisində olmağına rəğmən tək hiss etməkdir özünü.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 713
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri