Heç cür imtina edə bilmədiyimiz dəri gödəkcələr

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 3 128
Səs ver:
(səs: 0)
Payız havalarında ən ideal parça şübhəsiz, dəri gödəkcələrdir. Balonka kurtka geyinsəm çox gələr, jilet geyinsəm yetərli gəlməz dediyiniz vaxtlarda dəri gödəkcələr köməyinizə çatır. Küçə stilinin əvəzolunmazı olan dəri pencəkləri istər jan ilə, istər qara şalvarla, istəsəniz ətəklərlə kombinləyərək gözəl bir görünüş yarada bilərsiniz. Qara dəri gödəkcənizi qara dar kəsim bir şalvarla geyinərək başdan-ayağa qaraya bürünə bilərsiniz. Beləliklə, həm uyumlu bir görünüş əldə edər, həm də cool bir hava tuta bilərsiniz.
İstəyirsinizsə boz və ya bardovu kimi qara ilə uyumlu rənglərdən dəstək ala bilərsiniz. Stilinizə qadınsı bir hava qatmaq üçün şalvarınızı dabanlı bir çəkmə ilə tamamlayın. Gündüz üstünlük verdiyiniz idman ayaqqabınızı yüksək dabanlı bir stiletto ilə, çiyinli çantanızı isə qəşəng bir əl çantası ilə dəyişdirərək kombininizi gecəyə uyğunlaşdıra blərsiniz.

Dəri gödəkcələrin tərzinizə üsyançı, cazibədar və cool bir hava qatacağı dəqiqdir.

Dəri gödəkcənizi dar şalvar ilə kombinləyərək rahat və gözəl bir görünüş yarada bilərsiniz. Bu kombinləri gündüzdən gecəyə tətbiq etmək də olduqca asandır. Tək etməniz lazım olan idman ayaqqabıları çıxarıb stillettoları ayağınıza keçirmək. Bax, indi gecəyə hazırsınız.
Dəri gödəkcənizi istər qələm ətəklə, istər maksi ətəklə kombinləyin, doğru parçaları birləşdirdiyiniz təqdirdə qəşəng və iddialı bir stil yarada bilərsiniz.
Dəri gödəkcənizi parça bir qələm ətəklə geyə biləcəyiniz kimi dəri ətəklə də kombinləyə bilərsiniz.
Bilirsiniz ki, bir neçə mövsümdür dəri ətəklər olduqca dəbdədir. Bir qədər bohem, barak və rahat bir şıqlıqdan yanasınızsa dəri pencəyinizin altına maksi ətək geyinin. Əlinizin altında qısa yumşaq dəri bir çəkmə seçim edərək tərzinizi tamamlaya bilərsiniz.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 128
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri