Leopar sevgisi

Müəllif: Sweet Candy
Şərhlər: 7
Baxılıb: 3 153
Səs ver:
(səs: 0)
Payız-qış mövsümünün gəlməsi ilə leoparlı geyimlər və aksessuarlar gün üzünə çıxdı. Leopar düzgün istifadə edildikdə olduqca tərz və modern bir havaya bürünə bilir.

Hər daim dəbdə olan parçalardan leopar, qışın əvəzolunmazlarından biridir. Bəzən zərif, bəzən cazibədar və isti bir görünüş qazandıran leopar parçasını istər geyiminizdə,istər aksessuarlarda istifadə edərək stilinizə fərqli bir hava qata bilərsiniz.

Bu sərin qış günlərində həm gözəl görünüb, həm də soyuqdan qorunmaq istəyirsinizsə, leopar naxışlı xəz paltolar əla seçimdir. Klassik tərzdə modellərlə yanaşı bu tərz barak kəsim modellər gündəlik kombinləriniz üçün idealdır.

Cazibədar görünməyi sevirsinizsə, leopar naxışlı bir dabanlı ayaqqabı tam sizə görədir.

Yumru burunlu, hündür ancaq dabanı az olan bir ayaqqabıyla diqqəti özünüzə çəkə bilərsiniz.

Başdan aşağı leopar geyinmə həvəskarı deyilsinizsə, sadə və gözəl bir leoparlı çanta ilə paltarınızı tamamlayaraq xoş bir görünüş yarada bilərsiniz.

Kombininizdə düz rəngli bir çanta istifadə edib tək bir ulduz yaradacağınız kimi, leopar detalı olan qara bir çanta ilə uyğun bir görüntü əldə edə bilərsiniz. Ancaq digər parçalarda sadə seçimlər etməyinizdə fayda var. Boyfriend cins və ağ toxunma parça cütlüyü ideal bir fikir ola bilər.
Leopar sevməyənlərin belə xoşuna gələcək mini, sevimli bir toxunma parçaya , mütləq qarderobunuzda yer verin. Dar şalvar və ya ətəklərlə uyğun kombinlər əldə edəcəyiniz qətidir.
Ofis kombininizə leoparı qatmaq istəyirsinizsə, burnu iti qaçan leopar naxışlı ayaqqabı seçim edə bilərsiniz. Bu model ilə həm sadə, həm də cəlbedici olmağı bacara bilərsiniz.
Xanım-xatun olmağı sevirsinizsə, leopar naxışlı bir toxunma parça ətəyi ilə stilinizə hava qata bilərsiniz. Diz üstü dar kəsim leoparlı bir ətəyi, düz ağ, qolsuz köynək və qara gödəkcə ilə tamamlayaraq xoş bir mənzərə əldə edə bilərsiniz.
Leopar deyəndə ağlınıza yalnız qəhvə və qara gəlməsin. Qara,ağ rəngli leopar naxışlı da olduqca xoş görünür. Ağ hörgülü yun koftayla geyəcəyiniz ağ-qara leoparlı, mini klyoş ətək ilə sadə və zərif bir görünüşə bürünə bilərsiniz.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 3 153
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri