Qadınların kişilərdən daha bir üstün cəhəti elmlə sübut olundu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 738
Səs ver:
(səs: 3)
Şimali Karolina Universitetinin alimlərinin araşdırma apararaq aşkarlayıblar ki, qadınlar səhərlər kişilərdən daha kaprizli və qıcıqlandırıcı olurlar. Yuxu çatışmazlığı qadınlara daha çox təsir göstərir və neqativ emosiyaları ortaya çıxarır.

Tədqiqat göstərib ki, zərif cinsin nümayəndələri sutka ərzində kişilərdən 25 dəqiqə daha çox yuxuya ehtiyac duyurlar. Əks halda isə yorğunluq tək fiziki deyil, eyni zamanda psixoloji problemlərə yol açır.

Yuxu çatışmazlığı ürək-damar sistemi xəstəlikləri, depressiya və insulta da səbəb ola bilir. Yuxu çatışmazlığından əziyyət çəkən qadınlarda ürək tutması da ola bilər.

Yuxu çatışmazlığı qadınlarda pis əhval yaradır. Yuxu zamanı beyin istirahət edir və öz gücünü bərpa edir. Yuxusu az olan qadın isə ötən günün neqativ emosiyasından qurtula bilmir.

Məsələ burasındadır ki, qadının beyni kişilərlə müqayisədə daha çox əməliyyatı eyni vaxtda yerinə yetirə bilir. Qadınlar beynin potensialından daha çox istifadə etməyi bacarırlar. Bu səbəbdən də bərpa olunmaq üçün onlar daha çox yatmalıdırlar.
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 2 738
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri