Dünyanın ən qeyri-adi 12 qadını - fotolar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 13
Baxılıb: 5 648
Səs ver:
(səs: 1)
Hər bir qadın özünəməxsusdur. Amma bəzi qadınların bu özünəməxsusluqları digərlərindən çox fərqlənir. Onların bəziləri xarici görünüşünü öz istəyi ilə - kiməsə və ya nəyəsə oxşamaq üçün dəyişirlər. Bəzilər isə müxtəlif xəstəliklərdən əziyyət çəkdikləri üçün digərlərindən fərqlənirlər. Amma istənilən halda, onların hər biri adi insan kimi yaşamağa çalışırlar - kimisi öz fərqliliyini nümayiş etdirərək, bəziləri də öz qüsurlarına əhəmiyyət verməyərək.

Ebiqeyl və Brittani Hensel bacıları siam əkizləridir. Onlarının bir bədəni, iki əli, iki ayağı var, yalnız başları ayrıdır. Özü də bu qızların hər biri yalnız öz tərəfini idarə edə bilir. Bununla belə qızlar uşaqlıqdan öz hərəkətlərini idarə etməyi öyrəniblər. İndi onlar adi insanlar kimi yaşayır, avtomobil idarə edir, voleybol oynayır, hətta pianino çalırlar. Hətta qızların xasiyyətləri və zövqləri də fərqlidir. Qızlar universiteti bitirərək hər biri öz diplomunu alıb. Ebiqeyl və Brittani indi məktəblərdən birində müəllimlik edirlər. Qızlar sosial şəbəkədə də aktivdirlər. Facebook səhifələrində daim şəkillər paylaşan qızlar izləyicilərinin rəğbətini qazanıb.
Ebiqeyl və Brittani Hensel bacıları
Ebiqeyl və Brittani Hensel bacıları velosiped sürərkən




Elisani Silva da xarici görünüşünə görə digər qızlardan fərqlənir. Dünyanın ən hündür qızı olan Elisani 14 yaşında olarkən boyu artıq 206 santimetr idi. 3 il əvvəl onun beynindəki şişi cərrahiyyə əməliyyatı yolu ilə götürəndən sonra boyunun artması dayanıb.
Elisani Silva dostu ilə



1993-cü ildə doğulan Cioti Amqe isə əksinə, dünyanın ən alçaqboylu qızıdır. 18 yaşında onun boyu 70 santimetrdən azdır, çəkisi isə cəmi 12 kiloqramdır. Boyunun balaca olmasına baxmayaraq, Cioti adi insanlar kimi yaşamağa çalışır, boş vatlarında özünə paltar tikir, bəzək əşyaları düzəldir, gələcəkdə aktrisa və ya model olmağı arzulayır.
Cioti Amqe



347 kiloqram çəkisi olan Çariti Pirs dünyanın ən ağırçəkili qadınıdır. O, özünün bədən quruluşuna və demək olar ki, hərəkətsiz həyat tərzinə baxmayaraq, həyatının sevgisini tapıb. İndi isə Çariti ciddi səylə arıqlamağa çalışır, əlindən gələni edir ki, toyunda kilsəyə özü gedə bilsin.
Çariti Pirs



Yuxarıda adlarını çəkdiyimiz qadınlardan fərqli olaraq ukraynalı Valeriya Lukyanova "Barbi" gəlinciyinə bənzəmək üçün xarici görünüşünü özü dəyişib. Onu "canlı Barbi gəlinciyi" də adlandırırlar.
Valeriya Lukyanova



Penni Braun isə Valeriya Lukyanovadan fərqli olaraq bir cizgi filmi personajına - Cessika Rebbitə bənzəmək üçün əlindəın gələni edir. O, belinin incəlməsi üçün günün 23 saatını korsetlə keçirir. Penninin bu fədakarlığı ona baha başa gəlib. Korset onun daxili orqanlarına mənfi təsir edib, Penni rahat yemək yeyə, hətta otura da bilmir. Amma gənc qız öz fikrindən əl çəkmir və deyir ki, cizgi film personajına oxşamaq üçün bütün bu əziyyətləri çəkməyə dəyər.
Penni Braun



Mendi Sellars da çox nadir xəstəlikdən əziyyət çəkir. Proteya sindromuna görə onun ayaqları həddən artıq böyüyüb. Beləliklə, Mendi dünyanın ən böyük ayaqların sahibi olub. Ayaqlarının çəkisi 95 kiloqram olmasına baxmayaraq, o, universitet bitirərək psixologiya üzrə bakalavr dərəcəsinə yiyələnib.
Mendi Sellars



Efiopiyalı 20 yaşlı Ataye Eliqidaqne alt dodağında dairəvi disk daşıyır. Diskin ətrafının ümumi uzunluğu 60 santimetrdir. Bu cür "bəzənmək" ənənəsi Efiopiyada adətdir. Bu tayfanın bütün qızları toya bir il qalmış belə edirlər. Ataye bu işdə digər qızları geridə qoyaraq dodağına ən böyük diski taxıb və beləliklə, Ginnesin Rekordlar Kitabına düşüb.
Ataye Eliqidaqne



Polşalı ağır atlet Aneta Florçik öz qeyri-adi gücü ilə tanınır. Bu qadının çox qeyri-adi və maraqlı rekordlara imza atıb. Aneta 2 dəqiqə ərzində öz başı üstünə 12 kişi qaldırıb, 1 dəqiqə ərzində isə 5 tavanı əyib.
Aneta Florçik kişini başı üzərinə qaldırarkən



Amerikalı Aşa Mandela dünyanın ən uzun saçlı qadınıdır. Bunun üçün o, 25 ildir ki, saçını kəsmir. Aşanın saçının uzunluğu 17 metrdən çox, çəkisi isə 19 kiloqramdır. Bu saçları yumaq və qurutmaq üçün 50 saat lazımdır. Bütün bu çətinliklərə baxmayaraq, Aşa saçını kəsməkdən imtina edir.
Aşa Mandela



Bədənində 400-dən çox tatuaj olan Culiya Qnus bədənində ən çox tatuaj olan qadındır. Lakin o, bunu məcburiyyətdən edib. İş orasındadır ki, Culiyada dəri xəstəliyi var - onun dərisinə ultrabənövşəyi şüalar düşən zaman dərisi yanır və bədənində çapıqlar əmələ gəlir. Məhz bu çapıqları gizlətmək üçün Culiya plastik cərrahlara deyil, tatuaj ustalarına müraciət edib.
Culiya Qnus



2 əsr əvvəl dünyaya gələn Suzanna Muşatt Cons ən yaşlı qadındır. O, 1899-cu il iyulun 6-da anadan olub. Suzannanın özü uzunömürlülüyünün sirrini sağlam həyat tərzi keçirməkdə, spirtli içki və tütündən uzaq olmaqda görür. Əlil arabasına məhkum olmasına baxmayaraq, 116 yaşlı qadın özünü yaxşı hiss etdiyini deyir.
Suzanna Muşatt Cons
 
(səs: 1)
Şərhlər: 13
Baxılıb: 5 648
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri