Hər
bir qadın özünəməxsusdur. Amma bəzi qadınların bu özünəməxsusluqları
digərlərindən çox fərqlənir. Onların bəziləri xarici görünüşünü öz
istəyi ilə - kiməsə və ya nəyəsə oxşamaq üçün dəyişirlər. Bəzilər isə
müxtəlif xəstəliklərdən əziyyət çəkdikləri üçün digərlərindən
fərqlənirlər. Amma istənilən halda, onların hər biri adi insan kimi
yaşamağa çalışırlar - kimisi öz fərqliliyini nümayiş etdirərək, bəziləri
də öz qüsurlarına əhəmiyyət verməyərək.
Ebiqeyl və Brittani Hensel bacıları siam əkizləridir. Onlarının
bir bədəni, iki əli, iki ayağı var, yalnız başları ayrıdır. Özü də bu
qızların hər biri yalnız öz tərəfini idarə edə bilir. Bununla belə
qızlar uşaqlıqdan öz hərəkətlərini idarə etməyi öyrəniblər. İndi onlar
adi insanlar kimi yaşayır, avtomobil idarə edir, voleybol oynayır, hətta
pianino çalırlar. Hətta qızların xasiyyətləri və zövqləri də fərqlidir.
Qızlar universiteti bitirərək hər biri öz diplomunu alıb. Ebiqeyl və
Brittani indi məktəblərdən birində müəllimlik edirlər. Qızlar sosial
şəbəkədə də aktivdirlər. Facebook səhifələrində daim şəkillər paylaşan
qızlar izləyicilərinin rəğbətini qazanıb.
Ebiqeyl və Brittani Hensel bacıları
Ebiqeyl və Brittani Hensel bacıları velosiped sürərkən
Elisani
Silva da xarici görünüşünə görə digər qızlardan fərqlənir. Dünyanın ən
hündür qızı olan Elisani 14 yaşında olarkən boyu artıq 206 santimetr
idi. 3 il əvvəl onun beynindəki şişi cərrahiyyə əməliyyatı yolu ilə
götürəndən sonra boyunun artması dayanıb.
Elisani Silva dostu ilə
1993-cü
ildə doğulan Cioti Amqe isə əksinə, dünyanın ən alçaqboylu qızıdır. 18
yaşında onun boyu 70 santimetrdən azdır, çəkisi isə cəmi 12 kiloqramdır.
Boyunun balaca olmasına baxmayaraq, Cioti adi insanlar kimi yaşamağa
çalışır, boş vatlarında özünə paltar tikir, bəzək əşyaları düzəldir,
gələcəkdə aktrisa və ya model olmağı arzulayır.
Cioti Amqe
347
kiloqram çəkisi olan Çariti Pirs dünyanın ən ağırçəkili qadınıdır. O,
özünün bədən quruluşuna və demək olar ki, hərəkətsiz həyat tərzinə
baxmayaraq, həyatının sevgisini tapıb. İndi isə Çariti ciddi səylə
arıqlamağa çalışır, əlindən gələni edir ki, toyunda kilsəyə özü gedə
bilsin.
Çariti Pirs
Yuxarıda
adlarını çəkdiyimiz qadınlardan fərqli olaraq ukraynalı Valeriya
Lukyanova "Barbi" gəlinciyinə bənzəmək üçün xarici görünüşünü özü
dəyişib. Onu "canlı Barbi gəlinciyi" də adlandırırlar.
Valeriya Lukyanova
Penni
Braun isə Valeriya Lukyanovadan fərqli olaraq bir cizgi filmi
personajına - Cessika Rebbitə bənzəmək üçün əlindəın gələni edir. O,
belinin incəlməsi üçün günün 23 saatını korsetlə keçirir. Penninin bu
fədakarlığı ona baha başa gəlib. Korset onun daxili orqanlarına mənfi
təsir edib, Penni rahat yemək yeyə, hətta otura da bilmir. Amma gənc qız
öz fikrindən əl çəkmir və deyir ki, cizgi film personajına oxşamaq üçün
bütün bu əziyyətləri çəkməyə dəyər.
Penni Braun
Mendi Sellars da çox nadir xəstəlikdən əziyyət çəkir. Proteya sindromuna görə
onun ayaqları həddən artıq böyüyüb. Beləliklə, Mendi dünyanın ən böyük
ayaqların sahibi olub. Ayaqlarının çəkisi 95 kiloqram olmasına
baxmayaraq, o, universitet bitirərək psixologiya üzrə bakalavr
dərəcəsinə yiyələnib.
Mendi Sellars
Efiopiyalı
20 yaşlı Ataye Eliqidaqne alt dodağında dairəvi disk daşıyır. Diskin
ətrafının ümumi uzunluğu 60 santimetrdir. Bu cür "bəzənmək" ənənəsi
Efiopiyada adətdir. Bu tayfanın bütün qızları toya bir il qalmış belə
edirlər. Ataye bu işdə digər qızları geridə qoyaraq dodağına ən böyük
diski taxıb və beləliklə, Ginnesin Rekordlar Kitabına düşüb.
Ataye Eliqidaqne
Polşalı
ağır atlet Aneta Florçik öz qeyri-adi gücü ilə tanınır. Bu qadının çox
qeyri-adi və maraqlı rekordlara imza atıb. Aneta 2 dəqiqə ərzində öz
başı üstünə 12 kişi qaldırıb, 1 dəqiqə ərzində isə 5 tavanı əyib.
Aneta Florçik kişini başı üzərinə qaldırarkən
Amerikalı
Aşa Mandela dünyanın ən uzun saçlı qadınıdır. Bunun üçün o, 25 ildir
ki, saçını kəsmir. Aşanın saçının uzunluğu 17 metrdən çox, çəkisi isə 19
kiloqramdır. Bu saçları yumaq və qurutmaq üçün 50 saat lazımdır. Bütün
bu çətinliklərə baxmayaraq, Aşa saçını kəsməkdən imtina edir.
Aşa Mandela
Bədənində
400-dən çox tatuaj olan Culiya Qnus bədənində ən çox tatuaj olan
qadındır. Lakin o, bunu məcburiyyətdən edib. İş orasındadır ki, Culiyada
dəri xəstəliyi var - onun dərisinə ultrabənövşəyi şüalar düşən zaman
dərisi yanır və bədənində çapıqlar əmələ gəlir. Məhz bu çapıqları
gizlətmək üçün Culiya plastik cərrahlara deyil, tatuaj ustalarına
müraciət edib.
Culiya Qnus
2
əsr əvvəl dünyaya gələn Suzanna Muşatt Cons ən yaşlı qadındır. O,
1899-cu il iyulun 6-da anadan olub. Suzannanın özü uzunömürlülüyünün
sirrini sağlam həyat tərzi keçirməkdə, spirtli içki və tütündən uzaq
olmaqda görür. Əlil arabasına məhkum olmasına baxmayaraq, 116 yaşlı
qadın özünü yaxşı hiss etdiyini deyir.
Suzanna Muşatt Cons