30 yaşındasınızsa...

Şərhlər: 6
Baxılıb: 2 454
Səs ver:
(səs: 2)
Bir gün 30 yaşında olacaqsınız. Və ya çoxdan 30 yaş oldunuz. Xatırladaq və xəbərdarlıq edək;  30 yaşlı xanımlar 20 yaşlı xanımlar kimi olmur. Təbii ki özümüzə vaxt ayırırıq. Ancaq yenə də 20 yaşında olduğumuz kimi diqqət mərkəzində olmuruq. Bu azmış kimi ətrafdakılar da bizə qarşı qəddar olmağa başlayırlar. Onlara görə bütün mövzularda bilgili olmalısınız, yaşınıza uyğun geyinməlisiniz və təbii ki çoxdan evlənib uşaq dünyaya gətirməlisiniz. 
Bəs belə həssas ortamlarda nələrə diqqət etmək lazımdır? 

35-dən qabaq uşağa sahib olmalısan
Elm bizə bu yaşdan sonra uşaq sahib olmaqda çətinlik çəkəcəyimizi söyləsə də, qadınlar 35 yaşdan sonra uşaq dünyaya gətirə bilməzlər deyə bir qayda da yoxdur. Ətrafınızdakı məşhur xanımlara baxın: Nicole Kidman, Julianne Moore, Zoe Saldana və Jennifer Lopez. Hətta Lopez bu məsələyə münasibət də bildirib. "Bu yaşda uşaq dünyaya gətirdim, çox da yaxşı oldu." 

Artıq bunu geyinə bilməzsən
30 yaşına girdiyin andan etibarən qarderobunuzun dəyişdirilməsi kimi gözlənti yaranır. Bəziləri gödək ətək geyinməyin artıq gec olduğunu düşünürlər. Ancaq 30 yaşından da xanımlar özlərinə güvənirlərsə niyə də içində özlərini xoşbəxt hiss etdikləri geyimləri geyinməsinlər ki?

Çox seçicisən
20 yaşlarında olduğun zaman bu cümləni eşitdiyimizdə gülüb keçərdik. Bizə gülünc gəlirdi. Ancaq 30 yaşlarında belə bir cümlə eşitdiyimiz zaman gözləntilərimi aşağı etsəm deyə düşünürük. Yenə də kaş ki sevgilisi olanlar, evlilər subayları başa düşsünlər deyirik. Empati sözünün önəmi burada ortaya çıxır. 

Sən başa düşməzsən, çünki ana deyilsən 
30 yaşlarında ana olan rəfiqələrimiz var . Onlar üçün bəzən nə qədər çətin olduğunu və üsyan etdiklərinin də şahidi oluruq. Ancaq onların nə yaşadıqlarını, nə hiss etdiklərini anlaya bilməyəcəyimizi düşündüklərində bu sualı vermək lazımdır: "Empati edə biləcəyimi niyə inanmaq istəmirsən? Ya da sizi dinləyə biləcəyimiz qulağımız olduğunu?"

Həyatının kişisi ilə barda tanış olmayacaqsan 
Həyatınızın kişisi ilə marketdə, kitabxanada, gecə klubunda və ya küçədə tanış olmağınız normaldır. İnsanlar gecə klublarına sadəcə sərxoş olmaq üçün getmirlər. 

Artıq doğum gününü qeyd eləmək çox mənasızdır. 
Niyə sadəcə 20 yaşlarında doğum günümüzü qeyd etməliyiki? Doğum günləri sevdiklərimizlə bir araya gəlmək üçün çox yaxşı fürsətdir əslində. 30 yaşımızda kim olduğumuzu başa düşə bilirik. 
Biz belə düşünürük ki, həyatınızın ən gözəl çağındasınız; dadını çıxarın. 
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 2 454
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri