Qadın rekord naminə çəkisini 500 kq-a çatdıracaq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 4 043
Səs ver:
(səs: 0)
Qadın rekord naminə çəkisini 500 kq-a çatdıracaq

ABŞ-ın Nyu-Cersi ştatının sakini qəribə və bir o qədərdə təhlükəli rekorda imza atmaq istəyir. Donna Simpson adlı qadın Ginnesin rekordlar kitabına düşmək üçün sürətlə kökəlməyə çalışır. Hazırda 274 kq olan 42 yaşlı Donnanın məqsədi 454 kq çəkiyə çatmaq və dünyanın ən kök qadını adını qazanmaqdır. O, bu məqsədinə çatmaq üçün gündə 12 min kalori olan xüsusi "pəhriz"lə qidalanır.

274 kq çəkisi olan qadının ən çox sevdiyi yemək isə suşidir. Bir oturuma 70 dilim suşi yeyən Donna çətin hərəkət etdiyi üçün avtomat oturacaqdan istifadə edir. Həkimlərin xəbərdarlıqlarına baxmayaraq o, bu cəhdinin onu xoşbəxt etdiyini deyib: "Yemək yeyərkən insanların məni izləməsini sevirəm. Bu insanları xoşbəxt edir. Mənim heç kimə ziyanım dəymir".

Qeyd edək ki, üç il öncə 242 kq olanda, dünyaya uşaq gətirən Donna Simpson "dünyanın ən kök anası" kimi Ginnesin rekordlar kitabına düşmüşdü. O vaxt qadını xəstəxanaya aparmaq üçün 30 nəfər səfərbər olmuşdu.

 
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 4 043
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri