Dünyanın ən uzun insanının həyat hekayəsi - FOTO

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 076
Səs ver:
(səs: 0)
1918-ci il fevralın 22-də Uodlou ailəsində ilk oğlan övladı - Robert dünyaya gəldi. O Robert ki, sonradan dünyanın ən uzun insanı kimi Ginnesin rekordlar Kitabına düşüb. Robert 4 yaşınadək normal uzunlquda və çəkidə olub.

Qadinla.com xəbər verir ki, qəfil və qeyri-adi boy artımı hipofiz şişi və akromeqaliya ilə əlaqələndirilirdi. 5 yaşında onun üçün artıq 17 yaşlı yeniyetmənin geyinə biləcəyi libaslar alınırdı. Boyu isə 163 santimetr idi. 3 il sonra atasının boyuna çatan Robertin (182 santimetr) çəkisi 90 kiloqram olub.

Robert hər mənada qeyri-adi uşaq olsa da, valideynləri onun mümkün qədər normal həyat sürməsinə çalışıb. Məktəbdə onun üçün xüsusi parta belə hazırladıblar. Ailədə böyük qardaş kimi özündən kişik bacısı və qardaşı ilə normal münasibətdə olub, onlarla oyunlar oynayıb. 13 yaşında isə artıq Robert üçün xüsusi geyimlər və yataq dəstləri sifariş olunmağa başlanıb.

Robertin atası və anası digər insanlar kimi normal boy uzunluğunda və çəkidə olublar.

1936-cı ildə oğlanı Rinqlinq qardaşlarının sirki truppaya dəvət edir. Robert böyük insan kütləsinin diqqətini cəlb edir və tezliklə populyarlaşır.

1938-ci ildə Uodlouya milli ayaqqabı şirkətlərindən biri iş təklifi edir. Robert təkliflə razılaşır və şirkətlə promoturlara çıxaraq oların brendini reklam edir. Onun üçün 37AA ölçülü ayaqqabı isə pulsuz hazırlanırdı.

Robertin işi olmayanda isə adi və sakit həyat tərzi keçirirdi. Ailəsi və dostları onun çox sakit təbiətə sahib olduğunu bildiriblər.

Uodlou gitarada çalmağı xoşlayır və fotolarla maraqlanırdı.

Bu nəhəngin həyatı maraqlı olsa da, heç də asan deyildi. İctimai yerlərdə, evdə adi əşyalar onun uzunluqda və çəkidə olan bir adam üçün hesablanmamışdı.

18 yaşında Robert 2 metr 53 santimetr boyu ilə "Dünyanın ən uzun insanı" rekordunu qırır. Anacq uzun boyu Robertin ayaqlarına çətinlik yaradır, ağrılarla müşayiət olunur, bu səbəbdən bəzən dayaqlardan istifadə edirdi. 1940-cı ildə ayaqlarından biri iltihaba yoluxan Uodlou 15 iyulda 22 yaşında sepsisdən dünyasını dəyişir.

Ölümündən əvvəl həkimlər Robertin boyunu yenidən ölçürlər: 2 metr 72 santimetr. Robertin sonuncu sözləri qızıl toylarını qeyd edən baba və nənəsinə təbrik olur: "Həkimlər deyir ki, mən yubileyi keçirmək üçün evə gedə bilməyəcəyəm".
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 076
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri