"Mehriban" türküsünün kədərli tarixçəsi

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 2 220
Səs ver:
(səs: 0)
Bir dostum var. Onu həmişə bir mahnı kövrəldir. Hər dəfə o mahnıdan sonra xeyli özünə gələ bilmir. Söhbət "Mehriban" türküsündən gedir. Türkünün kədərli tarixçəsi olub.

Hadisə 1960-cı illərə təsadüf edir. Əslində Anadolu gözəlinə həsr olunmuş bu şərqidəki qızın əsl adı Mehriban deyil. Həqiqi adını gizləmək məcburiyyətində qalan Abdülrəhim Karakoç yaşadığı gizli və əbədi sevginin hekayəsini belə danışır:

Kənddə toy imiş. Toya bir çox yerdən qonaqlar gəlibmiş. Gənc oğlan qonaqların içində çox gözəl bir qız görür. Bu gözəl dediyimiz qız öz ailəsi ilə qonşu evdə qonaq qalırmış.

Toy evi qonaqları bir neçə gün evində saxlayar. Bu qısa müddətdə qızın gözəlliyi, mehribanlığı, xoşrəftar olması Abdülrəhimin ağlını başından alır və qıza bir könlüdən min könülə vurulur. Elə bu gözəl qıza Mehriban adını qoyması da qızın mülayim, mərhəmətli, sevgi dolu olmasından yaranır. Bu qonaqlıq davam etdikcə, gənc oğlanın sevgisi də günbəgün artmağa başlayır.

Bir sabah Abdülrəhim oyanır və Mehribanın qaldığı qonşu evə keçir, görür ki, qonaqlar gedibdir. Abdülrəhimin dünyası qaralır, elə bil canından bir can ayrı düşmüş kimi günlərlə dərd çəkir. Onun bu halını görən ailəsi qızı tapmaq üçün Maraşa gedirlər. Çox axtarıb-arayandan sonra qızı tapırlar. Ədəb-ərkanla ailəyə elçi gedib qızı istəyirlər.

Qızın ailəsi əvvəlcə "qızın yaşı azdır” deyirlər. Lakin görürlər ki, oğlanın ailəsi çox israr edir, açıb həqiqəti deyirlər ki, bəs qızımız artıq nişanlıdır.

Ailəsinin də çıxılmaz vəziyyətə düşdüyünü görən Abdülrəhim:

"Bir daha bu qızın adı yanımda çəkilməyəcək, sözü danışılmayacaq” – deyir və oradan ayrılırlar. Lakin üstündən 7 il keçməsinə baxmayaraq Abdülrəhimin eşqinin odu sönmür:

Sarı saçlarına deli gönlümü
Bağlamıştın, çözülmüyor mihriban
Ayrılıktan zor belleme ölümü
Görmeyince sezilmiyor mihriban

Yar, deyince kalem elden düşüyor
Gözlerim görmüyor aklım şaşıyor
Lambada titreyen alev üşüyor
Aşk kâğıda yazılmıyor mihriban

Önce naz sonra söz ve sonra hile
Sevilen seveni düşürür dile
Seneler asırlar değişse bile
Eski töre bozulmuyor mihriban

Tabiplerde ilaç yoktur yarama
Aşk değince ötesini arama
Her nesnenin bir bitimi var ama
Aşka hudut çizilmiyor mihriban

Boşa bağlanmış bülbül gülüne
Kar koysan köz olur aşkın külüne
Şaştım kara bahtım tahammülüne
Taşa çalsam ezilmiyor mihriban

Tarife sığmıyor aşkın anlamı
Ancak çeken bilir bu derdi gamı
Bir kördüğüm baştan sona tamamı
Çözemedim çözülmüyor mihriban

Bu şeir bütün Türkiyəni gəzib-dolaşır, təbii ki, Mehribanın da qulağına çatır. Şeir Mehribanı dilə gətirir, o Abdülrəhimə bir məktub göndərir, məktubda yazır: "Unutmaq asan deyil…” Məktubu alan Abdülrəhim ikinci şeiri yazır:

"Unutmak kolay mı? ” deme,
Unutursun Mihriban’ım.
Oğlun, kızın olsun hele
Unutursun Mihriban’ım.

Zaman erir kelep kelep..
Meyve dalında kalmaz hep.
Unutturur birçok sebep,
Unutursun Mihriban’ım.

Yıllar sinene yaslanır;
Hatıraların paslanır.
Bu deli gönlün uslanır…
Unutursun Mihriban’ım.

Süt emerdin gündüz-gece
Unuttun ya, büyüyünce…
Ha işte tıpkı öylece
Unutursun Mihriban’ım.

Gün geçer, azalır sevgi;
Değişir her şeyin rengi
Bugün değil, yarın belki
Unutursun Mihriban’ım.

Düzen böyle bu gemide;
Eskiler yiter yenide.
Beni değil, sen seni de
Unutursun Mihriban’ım.

Gənc oğlanın bu eşq üçün son sözləri bu olur: "Son bir dəfə olsun belə görmək istəməzdim. Qoy o məni xəyalındakı kimi yaşatsın. Mən də onu necə sevmişdimsə, necə görmüşdümsə eləcə də gözlərimə həkk edim. O sevgi məsum bir eşq idi. Gözəl idi, tərtəmiz, saf idi…elə də qalsın istəyirəm...” Bəzən elə bir zamanda, elə bir yerdə ağlıma gəlir ki…mən unudarsan deyirdim, amma insan sevdiyini heç bir zaman unuda bilmir…unutmur…
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 220
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri