Xalq artistimiz Məmmədbağır Bağırzadənin həyatı haqqında

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 17 375
Səs ver:
(səs: 6)
 Məmmədbağır Bağırzadə opera səhnəsində nə Məcnunu oynadı,nə Kərəmi,nə də Qəribi.Amma ifa elədiyi mahnılarda Məcnun kimi səhralara düşdü,Kərəm kimi alışıb yandı,Qərib kimi Şahsənəmin eşqilə haqq aşiqinə çevrildi.Oxuya-oxuya yaşadı,yaşaya-yaşaya oxudu Məmmədbağır.Həm də oxuya- oxuya dinləyiciləri də yaşatdı.Xasiyəti mülayim olan Məmmədbağırın ifası da mülayim,yatımlı,qəlbləri oxşayan idi.Elə ölümlə də mülayim davrandı.Çarpışmadan -nə özünü nə ölümü,nə də ətrafdakı inanları,doğmalarını incitmədən sanki yuxuya gedirmiş kimi sakitcə köç edib getdi Tanrı dərgahına,
    
Məmmədbağır Bağırzadə xanəndə idi,əsil xanəndə.Neçə-neçə ustad sənətkarların qiymətləndirdiyi ustad xanəndə.Muğamlarımızı,xalq mahnılarımızı,bəstəkar mahnılarını elə şövqlə,elə obrazla ifa edirdi ki...Məmmədbağır özü həm də gözəl bəstəkar və şair idi.Özünün bəsdələdiyi mahnılar da sevilir,dillər əzbəri olurdu..Məmmədbağıa Bağırzadə Allah təalanın sevdiyi tək-tük sənətkarlardan idi ki,səhnəyə gəldiyi ilk gündən ömrünün sonuna kimi və ölümdən sonra da populyarlığını itirmədi.
 
Məmmədbağır Bağırzadəni Allah da sevdi,dövlət də, xalq da.Allahın sevgisi göz qabağındadır.Məmmədbağıra sevilmək üçün insanlara məxsus olan bütün nəcib və gözəl xüsusiyyətlərin hamısını vermişdi.Boy-buxun da,gözəllik də,sənət də,mədəniyyət də,kübarlara məxsus etik və estetik manera tərzi də,Və bir də Allah təala Məmmədbağırı öz yanına tez aparmaqla ona olan sevgisini bir daha izhar elədi.Allah təala da istəyir ki,yanında gözəl insanlar,nəcib insanlar,sevimli insanlar və bir də isdedadlı sənətkarlar olsun---Məmmədbağır Bağırzadə kimi,Səxavət Məmmədov kimi,Sədi Məmmədov kimi.Dövlət öz sevgisini verdiyi fəxri adlarla,mükafatlarla bəyan elədi Məmmədbağır Bağırzadəyə.Xalq isə sevdiyini yaşatmağı bacarır.Məmmədbağırın dəfninə o qədər insan yığılmışdı ki,mən SSRİ xalq artisti Rəşid Behbudovun dəfnindən sonra belə izdiham görməmişdim.
 
Məmmədbağır Bağırzadənin doğma kəndi  Nardaran və Nardaranlılar da ona olan sevgilərini bir başqa cür büruzə verdilər.Dövlət tərəfindən Məmmədbağırın layiq olduğu Fəxri xiyabanda ona yer ayrılsa da həmkəndliləri inad və əzm nümayiş elətdirərək Məmmədbağırı öz doğma kəndlərindəki qəbirstanlıqda əcdadlarının uyuduğu bir yerdə torpağa tapşırdılar..
 
Hə,1950-ci ilin iyul ayının 22-də Nardaranda dünyaya göz açan,1970-ci illərin əvvəlində peşakar səhnəyə gələn və gəldiyi gündən də sevilə-sevilə ürəkləri fəth eləyən respubilkanın xalq artisti Məmmədbağır Bağırzadə 2005-ci ilin oktyabır ayının 30-da milyonlarla insanın ürəyinin başında ruhən bərqərar olaraq,cismən səssiz-səmirsiz Tanrı dərgahına köçdü.Allah rəhmət eləsin.Məkanı cənnət olsun...
(səs: 6)
Şərhlər: 10
Baxılıb: 17 375
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri