Fərid Əhmədov

Müəllif: heyatim_menim
Şərhlər: 11
Baxılıb: 3 846
Səs ver:
(səs: 4)
Əhmədov Fərid Gülağa oğlu — Azərbaycan zabiti, "İgidliyə görə" medalı ilə təltif edilib (ölümündən sonra).
 
Fərid Əhmədov 1986-cı il yanvarın 19-da Cəlilabad rayonunda anadan olub. 2003-cü ildə Cəlilabad şəhərində Nizami adına 1 saylı orta məktəbi bitirib. Həmin il Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 2007-ci ildə oranı leytenant rütbəsi ilə bitirib. 2007-2008-ci illərdə Təlim-Tədris Mərkəzində təkmilləşdirmə kursu keçib. 2008-2009-cu illərdə Gəncədə zabit kimi hərbi xidmət keçib.
2010-cu il sentyabrın 3-dən 4-nə keçən gecə Tərtərin Çiləbürt kəndi yaxınlığındakı döyüşdə şəhid olub. Birbaşa döyüş xəttində həlak olduğu üçün Fərid Əhmədovun meyiti düşmən tərəfdə qalıb və yalnız noyabrın 6-da Ermənistan və Azərbaycan tərəflərinin razılaşmaları nəticəsində qaytarılıb.
 
2010-cu il noyabrın 7-də Prezident İlham Əliyev baş leytenant Fərid Güloğlan oğlu Əhmədovun "İgidliyə görə" medalı ilə təltif edilməsi (ölümündən sonra) haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, şəhid Fərid Əhmədov bu medala hərbi borcunu həyatı təhlükə altında yerinə yetirərkən igidlik göstərdiyinə görə layiq görülüb
 
2014-cü ilin yanvar ayında şəhid Fərid Əhmədovun ömür yoluna həsr olunmuş "Hay ver mənə, leytenant" filminin təqdimat mərasimi keçirilib
 
Qeyd:ALLAH bütün Vətən uğrunda Şəhid olan əsgərlərmizin məkanın cənnətdik etsin in şə ALLAH.ŞƏHİDLƏR ÖLMƏZDİR.
(səs: 4)
Şərhlər: 11
Baxılıb: 3 846
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri