Tuj, kirpiyə köklərindən etibarən tətbiq olunanda göz qapağıyla təmas edən bir məhsuldur. Bu səbəbdən, infeksiyalar və bakteriyalar tuj vasitəsilə yoluxa bilər. Bir çox dəfə, qızaran gözlərin səbəbkarı bu bakteriyalardır. Bu baxımdan mütləq başqasının tuşunu istifadə etməyin və bölüşməyin.
Fırça və makiyaj süngərləri
Dəri xəstəlikləri və infeksiya riskini azaltmaq üçün, hər gün istifadə etdiyiniz bu məhsulları müntəzəm olaraq yumaq vacibdir. Fırçalarına və süngərə xüsusilə diqqət etməlisiniz. İlk baxışda fərq etməyə bilərsiz ancaq bu məhsullar mikrobları və ölü dəri hüceyrələrini içərisində saxlayır. Bir neçə gün keçəndən sonra isə bu maddələr dəri sağlamlığınızı təsir etməyə başlayır.
Dırnaq qayçısı
Dırnaqlarınızın sağlam və gözəl olmasını istəyirsinizsə, öz dırnaq qayçısını istifadə etməyiniz olduqca əhəmiyyətlidir. Dırnaq qayçısını birgə istifadə etmək adi və əhəmiyyətsiz bir hal kimi görünə bilər. Ancaq, dırnaq qayçısı infeksiyaların yayılmasına səbəb olur.
Göz qələmi
Qələm və ya maye eyeliner da, tuş kimi istifadə zamanı bakteriyaların yoluxmasına səbəb ola bilər. Əgər paylaşdığınız insanın gözlərində bir virus və ya bakteriya varsa, sizin də gözünüz infeksiya olma riski olduqca yüksəkdir.
Pomada
Ağız, bakteriyalarla doludur, pomada və dodaq nəmləndiriciləri vasitəsilə bəzi infeksiyaların yoluxma riski var. Birgə istifadə edildikdə, boğaz ağrısı kimi infeksiyalı xəstəliklər insandan insana keçir.
Ülgüc və təraş maşını
Ülgüc, bədənin hər hansı bir bölgəsindəki arzuolunmaz tüklərdən xilas olmağı asanlaşdırmaq üçün hazırlanan bir məhsuldur. Ülgüc, bunun asan və gigiyenik bir yoludur ancaq nə ülgücünüzü nə də təraş maşınınızı heç kimlə paylaşmamalısız.