Səpgilər üçün evdə hazırlana bilinəcək maskalar

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 18 099
Səs ver:
(səs: 8)
Çiyələk
Quru dəriyə təklif edilən bu meyvənin canlandırıcı və piling təsiri var. Tək diqqət yetirilməsi lazım olan nöqtə, gərmə təsiri səbəbiylə 10 dəqiqədən çox dəridə tutulmamalı. 
Dörd iri çiyələyi əzərək bir yemək qaşığı nəmləndirici kremlə qarışdırın. Bütün üzə incə bir təbəqə halında çəkin, almacıq sümükləri üzərinə daha qalın bir təbəqə halında maska çəkin və 5 dəqiqə gözlədin. Ayda iki dəfə tətbiq kifayətdir.

 

Banan
Zəngin tərkibli qidalandırıcı bir meyvə olan banan solğun, köhnəlmiş həssas və quru dərilər üçün ideal bir maska vəsaiti. Ləkəsiz dəymiş bir bananın yarısını əzərək iki yemək qaşığı nəmləndirici kremlə qarışdırın. Üzünüzə çəkin və 15 dəqiqə gözlədin. Həftədə bir dəfə tətbiq edin.

 

Alma
Xüsusilə qarışıq dərilərə təklif edilir, çünki üzün yağlı olmayan bölgələrini qurutmaz. Bir qəhvə qaşığı sarı almanın içini yaxşıca əzərək iki qəhvə qaşığı nəmləndirici kremlə qarışdırın və 20 dəqiqə üzünüzdə saxlayın. Həftədə iki dəfə tətbiq edin.

 

Portağal
Meyvə turşusu acısından təsirli olan portağal problemli və yağlılığa yaxın normal dərilər üçün təklif edilir. Portağalı sıxıb suyunu damla -damla iki qəhvə qaşığı nəmləndirici kremin içinə qatın. Maskanı üzünüzə çəkib 10 dəqiqə gözlədin. Həftədə iki dəfə tətbiq edin.

 

Limon
Yağlıya yaxın normal və problemli dərilər üçündür. Portağal maskası kimi hazırlanar. Ancaq üzünüzdə 5 dəqiqə gözlədin və problemlər düzələnə qədər həftədə iki dəfə tətbiq edin.

 

Üzüm
Qarışıq dəri problemləri üzün müəyyən bölgələrində (burun kənarları, çənə, alın və s.) məhdudlaşdırıldığında xüsusilə qarışıq dərilərə təklif edilir. Ancaq yorğun dərilərdə də yaxşı nəticə verir. Portağal maskası kimi hazırlayıb üzünüzdə 10 dəqiqə gözlədin. Həftədə bir dəfə tətbiq edin.
Tərcümə etdi:Aytən Mələk



(səs: 8)
Şərhlər: 2
Baxılıb: 18 099
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri