Dərinin qocalmasının qarşısını alan maskalar

Müəllif: teri meri
Şərhlər: 6
Baxılıb: 6458
Səs ver:
(səs: 2)
1 yumurta sarısını 1 çay qaşığı çaytikanı yağı ilə qarışdırdıqdan sonra üzərinə 1 neçə damcı limon şirəsi və bir qədər təzə dəmlənmiş yaşıl çay əlavə edilir. Bir daha qarışdırdıqdan sonra alınan maskanı üzə çəkin və 20 dəqiqə saxlayın.

- Əzilmiş şəkildə olan 1 xörək qaşığı bananı 1 yumurta sarısı, 1 çay qaşığı xama və ½ çay qaşığı bal ilə qarışdıraraq üzünüzə çəkin və 15-20 dəqiqə saxlayın. (Kapilyar torları olan dərilərdə maskanın tərkibində baldan istifadə edilməsi məsləhət görülmür.)

- Mavi gili, xama, limon şirəsi və balı bərabər nisbətdə olmaqla qarışdırın, üzə çəkin və 15-20 dəqiqə saxlayın.

- 2 çay qaşığı yağlı qidalandırıcı kremə 20 damcı vitamin A, 10 damcı vitamin E və 10 damcı vitamin D əlavə edərək qarışdırın. Alınan tərkibi dairəvi hərəkətlərlə üz dərinizə çəkin və 10 dəqiqə saxlayın.

- 1 yerkökünü kiçik dəlikli sürtgəcdən keçirin, üzərinə 1 çay qaşığı bal əlavə edin və üzünüzə çəkib 20 dəqiqə saxlayın.

- Bir lay pampığı kələm suyu ilə isladaraq üzünüzə qoyun və 10-15 dəqiqə saxlayın.

- 1 ədəd kartofu suda bişirdikdən sonra əzərək üzərinə 1 çay qaşığı xama, 1 çay qaşığı süd və 1 çay qaşığı badam yağı əlavə edərək qarışdırın. Alınan qarışığı üzünüzə çəkin və 15-20 dəqiqə saxlayın.

- Üzüm gilələrini blenderdə və ya əl ilə yaxşı əzin, 1 çay qaşığı düyü unu əlavə edin və yaxşı qarışdırın. Sonra maskanı üzünüzə çəkin və 15-20 dəqiqə saxlayın.

- Qreypfrutun ətli hissəsini yaxşı əzın, 1 çay qaşığı xama, 1 çay qaşığı yerkökü şirəsi və 1 xörək qaşığı düyü unu ilə qarışdırın. Qarışığı üzünüzə, boynunuza və sinənizə çəkin və 30 dəqiqə saxlayın.

- 2 ədəd əriyi əzdikdən sonra üzərinə 1 çay qaşığı xama əlavə edin. Alınan qarışığı üzünüzə çəkin və 20 dəqiqə saxlayın.

- 1 xörək qaşığı cücərdilmiş buğda dənələrini üyütdükdən sonra üzərinə bir qədər qaynanmış isti su əlavə edin və üstünü qapaqla örtərək 10 dəqiqə saxlayın. Sonra üzərinə 1 xörək qaşığı yağlı qaymaq əlavə edərək qarışdırın və üzünüzə çəkib 15 dəqiqə saxlayın.

- Aloye bitkisinin yarpaqlarını yaxşı əzın, ½ çay qaşığı badam yağı əlavə edin və üzünüzə çəkib 15 dəqiqə saxlayın.

- 2 xörək qaşığı qırmızı lobyanı əzilənə qədər az miqdarda suda kip örtülmüş qabda bişirin. Sonra onu suyu süzməmək şərti ilə blenderdə əzin. Daha sonra ona ½ çay qaşığı ərik yağı əlavə edib yaxşı qarışdırın. Alınan maskanı üzünüzə, boynunuza və sinənizə çəkin və 20 dəqiqə saxlayın.

- 2 xörək qaşığı qurudulmuş dəniz yosunlarını (apteklərdə satılır) bir qədər ilıq suda isladın.

Yumşaltdıqdan sonra ½ çay qaşığı ərik yağı əlavə edin və göz və dodaq hissələri üçün dəlikləri açılmış tənzifə çəkib üzünüzə qoyun. 20 dəqiqədən sonra maskanı götürün.

(səs: 2)
Şərhlər: 6
Baxılıb: 6458
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Totu
Təşəkkür xəbər çün
11 avqust 2016 14:34
6
Offline
lili)
birini goturdum yoxluyum gorum necedi
5 avqust 2015 20:29
5
Offline
Catwoman666
Xanımlara məsləhətim : Gənc yaşlarından bu cür maskalardan istifadə etməyin. onsuzda gənc yaşda dəriniz gənc və gözəldir. yaş artdıqca, qırışlar artanda bu kimi maskalardan istifadə edib xeyrini görə bilərsiz.

...666...
4 avqust 2015 20:15
4
Viking
Offline
vipbetul
Derı 18yasda qocalmaqa baslıyırsa demekkı mâska elemekde lazımdı bezı yaslardan sonra
4 avqust 2015 15:33
3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Tomris Müslümova
Zaman keçdikcə xüsusi diqqət eləmək lazımdır
4 avqust 2015 12:00
2
Mənim olan bu heart səni çox sevir!!!
Offline
BARBI
Heleki qocalma problemim yoxdur. Bu maskalari 30 yasdan sonra edecem
4 avqust 2015 11:48
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri