Qırışları açan üz kremini özünüz hazırlayın!

Müəllif: Catwoman666
Şərhlər: 3
Baxılıb: 4 593
Səs ver:
(səs: 1)
Qırışlar 30 yaşdan sonra bütün xanımları narahat etməyə başlayır. Brendlərin qırışlar üçün təqdim etdiyi kremlər isə çox baha olur. Ancaq gözəl görünmək üçün sərvət xərcləməyə məcbur deyilsiniz. Qırış açan kreminizi ev şəraitində də hazırlaya bilərsiniz.

Tərkibi:
1/4 stəkan badam yağı
2 xörək qaşığı kokos yağı
2 xörək qaşığı bal mumu
1/2 çay qaşığı E vitamini yağı
1 xörək qaşığı şi yağı

Hazırlanması:
Yuxarıda adı çəkilən bütün məhsulları bir qaba tökün. Kiçik bir qazana 2-3 xörək qaşığı su töküb qaynadın. Məhsulları tökdüyünüz qabı həmin qazanın içinə qoyun. Qabın içindəki hər şey əriyib qarışana kimi gözləyin. Arada qarışdırın. Daha sonra qarışığı kiçik bir şüşə qaba boşaldıb otaq temperaturunda saxlayın. Krem qatılaşandan sonra qabın qapağını örtün. Sərin yerdə saxlayın. Gündə iki dəfə təmiz dəriyə çəkin. Kremin effektini ən qısa zamanda müşahidə edəcəksiniz.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 4 593
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri