Botoksu əvəzləyən maska

Müəllif: Catwoman666
Şərhlər: 2
Baxılıb: 2 966
Səs ver:
(səs: 0)
Üzdə yaşla bağlı yaşanan dəyişikliklər heç bir qadını sevindirmir. Üzdə yaşlılığın ilk xırda əlamətini görən kimi tez onu yox etməyə çalışırlar. Buna görə də ya kosmetoloqun yanına gedib botoks etdirir, ya da bıçaq altına yatırlar. Ancaq bunsuz da üzdəki xırda qırışlardan xilas olmaq mümkündür.Dəridəki yorğunluq və yaşlılıq əlamətlərini yox edəcək nişastalı (kraxmallı) maskanı təqdim edirik.

1-1.5 x/q kartof nişastası
5 x/q kök suyu
1 x/q smetan
0.5 stəkan su

Kartof nişastasını (kraxmalı) su ilə qarışdırın. Qarışımı tavaya tökün. Sonra 0.5 stəkan qaynar su əlavə edib tündləşənə kimi qaynadın. Üzərinə kök suyu və smetan əlavə edin. Yaxşı qarışdırıb soyudun.

Nazik təbəqə şəklində üzünüzə çəkib 20-25 dəqiqə gözləyin. İsti su ilə yuyub nəmləndirici vurun. Qalanını da soyuducuda saxlayın. 3 gün hər gecə ard-arda  çəkin. 1 həftə sonra yenə təkrarlayın. İstifadədən sonra dərinizə toxunduqda yumşaq olduğunu hiss edəcəksiniz.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 966
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri