Sızanaq ləkələrindən qurtulmaq istəyərdinizmi?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 600
Səs ver:
(səs: 0)
Dərinizdə heç sızanaq ləkəsinin qalmamasını istəyərdinizmi? Bir həftədə bütün sızanaq ləkələri və sızanaqlardan qurtulmağın həlli buradadır. Həm 100% təbii, həm də dəqiq həll üsulunu sizinlə paylaşırıq. Artıq sizin də dəriniz uşaq dərisi kimi olacaq. Bu resepti bütün sevdiklərinizlə paylaşın və hamınız birgə gözəlləşin. Ya da istəsəniz özünüzə saxlayıb, yeganə gözəl siz olun.

Ərzaqlar:
1 yemək qaşığı Qızılgül suyu (100% təbii olması şərtdir)
1 yemək qaşığı alma sirkəsi
1 yemək qaşığı təzə sıxılmış limon suyu

Hazırlanması:
Ərzaqlar sıralanma ardıcıllığına görə bir-birinin üzərinə əlavə olunaraq qarışdırılır. Bu reseptin dəqiq olması üçün hər istifadədə təzə olaraq hazırlanmalıdır. Yəni ölçüləri artırıb bir həftə boyunca istifadə etməyi düşünürsünüzsə, bu şəkildə nəticə almağınız mümkün deyil. Bu səbəbdən də hər istifadə üçün təzə-təzə hazırlayıb istifadə etməyiniz lazımdır.

İstifadəsi:
Dərinizi hər zaman olduğu kimi təmizləyirsiniz və qarışığı dərinizə tətbiq edirsiniz. Bu qarışımı həftə boyunca hər gün və gündə bir dəfə olmaqla istifadə etməlisiniz. Yarım saat üzünüzdə saxladıqdan sonra, üzünüzü soyuq su ilə yuyursunuz. Əgər bir həftə boyu bu məhlulu dərinizə davamlı olaraq tətbiq etsəniz, dərinizdəki sızanaq və ən önəmlisi də sızanağın ləkələrindən qurtulacaqsınız. Bu resept sınanmış maska reseptləri arasında yer almaqdadır.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 600
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri