Həftədə 2-3 dəfə üzünüzü gəncləşdirən maskalardan istifadə edin. Gözəl dəriyə sahib olmaq üçün aşağıdakı reseptlərdən seçin.
Yulaf maskası
3-4
x.q. yulaf lopalasını qaynar süd (yulafı islada bilən miqdarda) və ya
qaymağın içərisinə töküb qarışdırırıq. Alınmış kütləni üzümüzə çəkirik.
15-20 dəqiqə saxlayırıq. Sonra isti su ilə yuyuruq. Bu maska quru,
çatlamış və kobud dərini yumşaldacaq.
Kefir maskası
Bunun
üçün 100-200 ml yağlı kefir (qatıq və ya xama) lazımdır. 15-20 dəqiqə
ərzində bir neçə dəfə onu üzümüzə çəkirik. Sonra isti su ilə yuyuruq. Qeyd: əgər yüksək yağlılığı olan xama və ya qaymaq seçmişiksə onu üzümüzə 1 dəfə, qalın qatla çəkib, 10-15 dəqiqə saxlayırıq.
Kəsmik maskası
2
x.q. kəsmik, 2 x.q. yerkökü şirəsi, 2x.q. zeytun yağı, 2 x.q. süd
götürürük. Yaxşıca qarışdırırıq. Sonra qalın qat şəklində üzümüzə
çəkirik. 15 dəqiqə saxladıqdan sonra isti su ilə yuyuruq.
Bal maskası
2 x.q. balı 1 x.q. yulaf yarması ilə qarışdırıb, 2 ç.q. süd əlavə edirik. Qarışığı üzümüzə çəkib 15-20 dəqiqə gözləyirik. Qeyd: bu maska bala allergiyası olanlara əks təsir göstərir.
Banan maskası
Orta
ölçülü banan götürüb əzirik və 1 ç.q. qidalandırıcı krem, 1 ç.q. zeytun
yağı, ½ ç.q. limon şirəsi əlavə edib, yaxşıca qarışdırırıq. 15-20
dəqiqə üzümüzə çəkib, sonra isti su ilə yuyuruq.