Dəri hüceyrələrini yeniləyən kokteyllər

Müəllif: NoName
Şərhlər: 3
Baxılıb: 655
Paylaş:
Səs ver:
(səs: 2)
Dəri hüceyrələrini yeniləyən kokteyllər

Smuzi qida deyeri yüksek, sağlamlığa faydalı içkiye deyilir. O, müxtelif bitkilerden, meyve-terevezlerden hazırlanan qatı kokteyldir. Smuzi yüksek lif, minerallar ve vitaminler ehtiva edir, xüsusile de hezm sistemi üçün çox faydalıdır. İsti havalarda smuziye buz elave ederek serinleşdirici kimi de içilir. Çox yüngül ve doydurucu olan smuzi terkibindeki zengin antioksidantlar sayesinde deri hüceyrelerini yenileyir.

Çuğundurlu ve gilemeyveli smuzi (qatı kokteyl)
1 porsiyası: 297 kalori, 5 qram yağ, 57 qram karbohidrat, 6qram lif, 41 qram şeker, 8 qram zülal ehtiva edir.

Tərkibi:
2 yemek qaşığı qatıq
1/2 stekan teze sıxılmış portağal suyu
1 kasa dondurulmuş ve ya teze gilemeyve
2 yemek qaşığı yulaf ezmesi
1/2 çuğundur (50 qram)
1 çay qaşığı bal
2-3 buz qelibi

Hazırlanması:
Çuğunduru çiy ya da yarıbişmiş halda istifade etmek olar. Bütün erzaqları blenderden keçirin. Bu içkini çox saxlamaq olmaz. Ümumiyyetle smuzi hazırlanan kimi içilmelidir.

Tropik kokteyl
1 porsiyası: 140 kalori, 0,6 qram yağ, 34,8 qram karbohidrat, 3,6 qram lif, 22 qram şeker, 2 qram zülal ehtiva edir.

Tərkibi: (2 porsiya)
1 eded banan
1/2 stekan teze sıxılmış portağal suyu
1/2 kasa doğranmış ananas
1/2 stekan hindqozu suyu
1 çay qasığı cöke çay
Teze nane

Hazırlanması:
Bütün erzaqlar püre halına gelene qeder yaxşıca qarışdırın. Nane yarpaqları ile bezeyib için. Sarı reng vermek ve ya qida deyerini artırmaq üçün qarışığa bir çay qaşığı sarıkök de elave ede bilersiniz.

Kivili ve moruqlu smuzi
1 porsiyası: 198 kalori, 2 qram yağ, 43 qram karbohidrat, 5,8 qram lif, 32 qram şeker, 4,4 qram zülal ehtiva edir.

Tərkibi: (3 porsiya)
2 eded kivi
1 stekan teze ve ya dondurulmuş moruq
1stekan teze sıxılmış portağal suyu
1 stekan soya südü
2 çay qaşığı çia toxumu

Hazırlanması:
Kivinin qabığını soyub, 4 yere bölüb bütün erzaqlarla birlikde blenderden keçirin. Moruq deneleri ile bezeyib teze halda için.

Qırmızı biber, yerkökü ve pomidor kokteyli
1 porsiyası: 59 kalori, 0,6 qram yağ, 11 qram karbohidrat, 3,3 qram lif, 7,3 qram şeker, 1,8 qram zülal ehtiva edir.

Tərkibi: (1 porsiya)
1 eded orta boy yerkökü
1/3 qırmızı biber
1 eded pomidor
1/2 limonun suyu

Hazırlanması:
Limon istisna olmaqla bütün erzaqları doğrayıb blenderden keçirin. Limonu sıxıb üzerine tökün. Eger acı biber sevirsinizse, üzerine acı qırmızı biber, ya da acı sous elave ede bilersiniz.

Edviyyatlı yaşıl smuzi:
1 porsiyası: 148 kalori, 0,7 qram yağ, 35 qram karbohidrat, 8 qram lif, 22 qram şeker, 4 qram zülal ehtiva edir.
Tərkibi: (2 porsiya)
1 eded yaşıl alma
1 eded portağal
1/2 xiyar
1 kiçik limon
1 fındıq denesi qeder zencefil
1 ovuc teze yaşıl noxud
1 stekan su

Hazırlanması:
Almanı iki yere bölüb tumunu çıxarın. Zencefil, portağal ve limonun qabığını soyun. Blendere evvelce suyu tökün. Daha sonra üzerine diger erzaqları elave edin ve blenderden keçirin. Qatı hala gelende stekanlara boşaldıb için.

loading...
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 655
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
ehtiyagim yoxdu
7 iyun 2016 13:42
3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Barbaris
Kokteylleri xowlayiram ama hazirlamiram kafede hazir icirem
7 iyun 2016 09:45
2
Xarakterimi ya da xasiyyətimi bəyənməyən insanları mecbur yanımda saxlamıram
Bir sözlə "Yol açıqdır"
Offline
BARBI
Kokteylleri cox xoslayiram. Yayda tez tez hazirlayiram. Orqanizm ucun cox faydalidir
7 iyun 2016 08:56
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv