Qara nöqtələrə qarşı 3 ASAN MASKA RESEPTİ

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 4 099
Səs ver:
(səs: 1)
1-ci maska
1 xörək qaşığı süd
1 yemək qaşığı toz jelatin

Süd və toz jelatini temperatura dözümlü bir kasaya alaq.
Eynicinsli kütlə olana qədər qarışdıraq.
Daha sonra mikrodalğalı sobada 10 saniyə saxlayaq.
Qarışığı mikrodalğalı sobadan götürüb soyumasını gözləyək.
Son olaraq soyuyan maska fırça köməyiylə qara nöqtələrin sıx olduğu bölgələrə tətbiq edin.

Not:10 dəqiqə ərzində qurumasını gözlədiyimiz maskanı bol su ilə yaxalayın.

2-ci maska
1 yumurta ağı
1 yemək qaşığı limon suyu
Kağız dəsmal

Yumurta ağını və limonu yaxşıca qarışdırandan sonra kağız dəsmal parçalarını qarışığın içərisinə batıraraq qara nöqtələrin üzərinə qoyun.

Not: 20-25 dəqiqə sonra quruyan qara nöqtə lentini yavaşca çəkərək təmizləyin.

3-cü maska
1 yemək qaşığı bal
1 çay qaşığı süd
Zolaq şəkildə təmiz pambıq

Bal və südü temperatura dözümlü bir kasada qarışdırın. 10 saniyə mikrodalğalı sobada isidin.
İlıq hala gələnə qədər gözləyib qara nöqtə olan bölgələrə təbəqə halında sürün.

Not: 20 dəqiqə gözlətdikdən sonra saf su ilə üzünüzdən təmizləyin.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 4 099
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri