FUE Saç Əkimi Üsulu

Müəllif: Sweet Candy
Şərhlər: 5
Baxılıb: 2 495
Səs ver:
(səs: 0)
Follikulyar Unit Ekstraksiyonu saç əkimi üsulu FUE metodu ilə saç əkilməsi, ümumi mənası ilə ənsə bölgəsindən və ya bədənin başqa bölgələrindən (sinə,kürək) alınmaqla saç köklərinin graft şəklində saçsız sahəyə ekilme əməliyyatıdır.

Bu əməliyyat zamanı donor (köklərin alındığı verici alan) sahədə kəsik aparılmır,tikiş qoyulmur və əməliyyat sonrası qörünən yara izi qalmır. Saç kökləri (follikulyar unit) baş dərisinin arxa və yan hissələrindən bir mikromotor köməyi ilə diqqətlə çıxardılır. FUE saç əkiminin ən əhəmiyyətli xüsusiyyəti istifadə olunan mikro mühərrikin ucunda 0,70 ilə 0,90 mm diametrində saç köklərinə zərər vermədən alınması üçün punchın (Pance) olmasıdır.

FUE saç əkiminin üstünlükləri nələrdir?
• Saç kökləri yalnız ənsə bölgəsindən deyil, eyni zamanda qulaqların üstündə olan bölgədən də alınır

• Mikro motor istifadəsi sayəsində saç dərisi daha sürətli sağalar və daha qısa bir müddətdə daha çox saç kökü çıxarılır.

• Bir seansda 7.500-8.750 saç teli əkilə bilir.

• Saç köklərin alındığı bölgədə hər hansı tikiş izi olmaz, gözlə görülən bir yara izi qalmaz.

FUE saç əkimi üsulu ilə eyni sayda saç kökü əkilsə də səbəb və nəticələr fərqlidir?
İki ayrı adama eyni sahədə eyni miqdar saç kökü ekildiğini fərz etsək, ikisinin də nəticəsi eyni olmaya bilər. Buradakı ən böyük faktor saç köklərində olan saç tellərin sıxlığıdır. Əgər "A" adamda 4 saç telli köklər əksəriyyət təşkil edərsə sıx bir görüntü meydana gələr, ancaq "B" adamda 2 saç telli köklər çoxdursa, o zaman "B" pasiyentdə görüntü(sıxlıq) daha zəif olar.

FUE saç əkimi metodunda ağrı vardırmı?
Saç əkimi əməliyyatları indiki vaxtda komfortlu keçən əməliyyat kateqoriyasındadır. Ağrı yalnız ilk mərhələdə tətbiq olunan lokal anesteziya əsnasında meydana gəlməkdədirki buda çox zəif ağrı ilə müşayət olunur və çox qısa müddətdə bitir.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 495
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri