Dodaq və damaq yarıqları

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 1 766
Səs ver:
(səs: 0)
Dodaq və damaq yarıqları tək halda görüldüyü kimi birlikdə də rast gəlinən anadangəlmə qüsurdur.Dodaq və damaq yarıqların əmələ gəlmə və görülmə sıxlığı 1.000 doğumdan bir,damaq yarıqların görülmə sıxlığı isə 2.500 doğumdan bir olaraq qeydə alınır. Genetik xüsusiyyətlərin damaq yarıqlarında daha böyük bir rol oynadığı cərrahlar tərəfindən düşünülməkdədir.

Dodaq və damaq yarıqlarının müalicəsinə körpənin doğumundan ilk 48 saat içərisində başlanılır. Plastik cərrahlar mövzu ilə bağlı fərqli dünyagörüşünə sahibdirlər. Bəzi cərrahlar əməliyyatın həmən olunmasını təklif edərkən, bəziləri də körpənin inkişafını gözləməyi və doğumdan 2-6 ay sonra əməliyyatın olunmasını daha uyğun görür.

Dodaq və damaq yarıqları olan körpələr doğum sonrası Ortodontist tərəfindən qiymətləndirilməlidir.Olan deformitənin tipinə görə müxtəlif cihazlar istifadə olunur. Daimi kontrollar ilə anatomik strukturların inkişafı müşahidə edilir.

Dodaq və damaq yarıqları necə müalicə olunur?
Damaq yarıqları fərqli variasiyalarda ola bilər. Anomaliya ağız və burun boşluqlarının bir-birinə açıldığı nöqtədə, yalnız diş qövsündə olan yarıqlara və yalnız yumşaq damaqda olan yarıqlara və yalnız kiçik dildə olan yarıklara qədər fərqlilik göstərə bilər.Bu vəziyyətlərdən fərqli olan,submukoz olaraq adlandırılan yarıq tipidə var.Bu tip burun və ağız boşluqları arasında bir mukozal yarıqdır və yalnız plastik cərrah tərəfindən müəyyən edilir.
Belə xəstələrdə mukoza altında olan əzələlər bir-birindən ayrı olduğu üçün damaq danışması olaraq adlandırılan "hım hım" danışma olur. Bu xəstələrdə görünən bir yarıq olmadığı halda belə körpənin gələcəkdə düzgün danışığına mənfi təsir edə bilər.

Dodaq və damaq yarıqları nə üçün müalicə olunmalıdır?
1- Su və hava keçirməz bir valve yaradılması üçün

2-Hissiyatın itməsinin meydana gəlməməsi

3- Orta üzün böyüməsinin qorunması

4- Estetik və funksional baxımdan kafi bir üst diş qövsü yaradılması

5- Düzgün danışığın təmin edilməsi

Damaq yarıqları nə zaman əməliyyat edilməlidir?
Yalnız damaq yarıqları olan körpədə müalicə ilk 48 saatdan etibarən Ortodontist tərəfindən başlayır. Müxtəlif aparatlarla yarıq kiçiltdilir.Bu müalicə sonradan ediləcək əməliyyatı asanlaşdırır. Damaq yarıqları əməliyyatları cərrahların fərqli fikirlərinə görə altıncı aydan etibarən başlanarkən digərlərin fikirlərinə görə 12-18 ay arasında başlanması uyğun görülür. Hələ də indiyə qədər fərqli araşdırmalar aparılır və fərqli fikirlər bildirilməkdədir.

İstənilən halda əvvəlcə həkimə müraciət edib həkiminizin vəziyyəti qiymətləndirməsi üçün üz-üzə bir görüşməniz tövsiyə olunur.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 766
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri